Yaxşı fotoreportaj üçün lazım olan 5 çəkiliş qaydası

2050

Fotoqrafiyanın həyatın sonu ilə olan oxşarlığı: "Sənin çığırtını heç kəs eşitməz."

1980-ci illərin əvvəlindən sonlarına doğru inkişaf edən, 2000-ci illərin ortalarına qədər durğunluq dövrünü yaşayan fotoreportaj, rəqəmsal fotoqrafiya və internetin ortaya çıxması ilə hazırda sərhəd tanımır və qızıl dövrünü yaşayır. Bu işlə maraqlanan fotoqraf sayı bəlkə də minlərlədir və getdikcə artmaqdadır.

"Foto", "audio" və "video"nun da daxil olması ilə yaradılan "multimedialar"ı internetdə çox rahatlıqla axtarıb tapa bilərik. Bəs fotoreportaj və multimedianın daha təsirli olması üçün nə cür fotolar çəkməliyik? Fotoqrafların çoxu "World Press Photo" mükafatı almaq arzusundadır. Amma bunun üçün nə qədər məlumata sahibdirlər və nələrə diqqət etməlidirlər? Poynter İnstitutundan Keith Cenkinsin yayımladığı 5 maddəlik məqaləsi buna aydınlıq gətirir. 
1

Birinci Kadr: Ümumi anlayış – Plan hazırlama

Hekayəniz harada cərəyan edir və bu hekayənin baş verdiyi yer nəyə bənzəyir? Bir bina yoxsa şəhər? Bəlkə məzarlıq? İzləyicilərinizi hadisənin içinə daxil etməyin ən yaxşı yolu hekayənin məkanını ümumi bir plana almaqdır.
2

İkinci Kadr: Yaxın plan 

İkinci vacib kadr ilə bütün bacarığınızı göz önünə qoyacaqsınız. Hadisənin baş verdiyi yeri ümumi plana aldıqdan sonra, növbədə əsas mövzunu izləyiciyə çatdırmaqdır. Bu kadr hadisəyə bir az daha yaxın plandan baxmağınıza kömək edir.
3

Üçüncü Kadr: Portret

Fokuslandığınız nöqtə nədir və nəyə bənzəyir? Əgər insan portreti çəkəcəksinizsə, bu ənənəvi olaraq çiyindən yuxarı bir kadr ola bilər, ya da olduğu yeri əhatəli şəkildə göstərən bir portret də mümkündür. Ən yaxşısı, birdən çox portret çəkməkdir, çünki multimediaya  əsas rəng qatan elə portretlərdir.
4

Dördüncü Kadr: Detal plan

Bu adətən tez unudulur. Detallardan multimedia keçidlərində tez-tez istifadə olunur. Stolun üzərindəki fotolar, oxuduğu kitablar və s. Bütün bunlar bizə hekayənin əsas qəhrəmanıyla bağlı mesajlar verir və bir fotoreportajda unudulmamalı olan nüansdır.
5

Beşinci Kadr: Hərəkətli foto

Hərəkətli kadrlar bəzi fotoqrafların ən mükəmməli çəkə bilmək üçün saatlarını, günlərini xərclədiyi fotolardır. Bu cür kadrlar bir hekayənin ən vacib nüansıdır, amma tək ehtiyacınız olanlar deyil. Əgər digər dördünü də həll etmisinizsə, demək olar hər şeyi tamamlamısınız. Mənim məsləhətim digərlərini tamamladıqdan sonra, hərəkətli kadra yer verməkdir. Bununla hekayənizi tamamlamaq asanlaşacaq.