Yaddaşsızlıqla bağlı 10 kitab

1130

Alastair Brus "Guardian"da yayımlanan yazısında ona görə unutmaqla bağlı olan ən vacib 10 kitabı sıralayıb. Unutqanlıq haqqında olan kitabların ironik tərəfi xatırlatmaqla bağlı olmağıdır. Keçmişin etibarlı olmayan xatirələri, bizə keçmişdə olub bitənlərin dəyişdirilmiş versiyasını təqdim edir.
1

Dəfn Olunmuş Div (Buried Giant), Kazuo İşiquro

Yaddaş silinməsinin siyasi mexanizma olaraq istifadə edilməsini mövzu götürən romanın müəllifi Kazuo İşiqurodur. Qəhrəmanlar zamanla yaddaşlarını geri qazanır və bunun nəticəsində parçalanmış və şiddət dolu bir dünya ərsəyə gəlir. Belə bir dünyanı xatırlamaq yaxşıdır yoxsa unutmaq?
2

Fısıldayanlar: Stalin Rusiyasında Özəl Həyat (The Whisperers: Private Life in Stalin’s Russia), Orlando Faycs

Kitab, Stalin dövründəki beyin yuyucuların gündəlik həyata olan təsirini ətraflı şəkildə analiz edir. Şiddət hesabına sosial yaddaşın silinməyə və ya dəyişdirilməyə çalışıldığı bir yerdə, adi insanlar, bu unutdurulma müddətində sosial yaddaşın gələcək nəsillərə ötürülməsi ilə bağlı da işlər görürlər.
3

Yatmazdan Əvvəl (Before I Go to Sleep), S.J. Uatson

2011-ci ildə yayımlandığı zaman böyük uğur qazanan romanda baş obraz, keçmişdəki travmatik bir hadisə səbəbiylə hər günün sonunda yatdıqda yaşadığı hər şeyi unutmaqdadır. Keçmişi qaytarmaq cəhdləri ətrafında olanlar arasında gərginlik yaradacaq. 2014-cü ildə yayımlanan eyniadlı filmin rəsmi treyleri.
4

Godotu Gözləyərkən (Waiting for Godot), Semyuel Bekket

Vladimir və Estraqonun bir gün əvvəl olanlarla bağlı heç bir fikirləri yoxdur. Bu səbəblə dalaşmağa başlayırlar, amma eyni zamanda onları bir-birilərinə bağlayan da məhz budur.
5

İsanın Uşaqlığı (The Childhood of Jesus), Con Maksvell Kutzee

Kutzee üzərində Bekketin təsiri açıqdır. Bu kitabda isə həmin təsir zirvəyə qalxır. Unudulmuş və ya heç bilinməyən bir keçmiş alleqorik, absurd bir dünyanın yaranmasına səbəb olur. Yaddaşın sabitləşdirici təsirinin yoxluğu fərdin cəmiyyətdəki yeri haqqında baş sındırmağa şərait yaradır.
6

Dəniz (The Sea), Con Banvil

Banvilin romanı yaddaş və onun kim olduğumuzu aydınlaşdırması ilə  bağlı düşünməyimizə səbəb olur. 
7

Tullantı Ölkə (The Waste Land), Tomas Eliot

Mədəni və tarixi istinadlarla dolu Tullantı Ölkə keçmişi ilə bağlı xatirələrini itirmiş, xatirələrin xarabalıqlar arasında məhv olduğu bir zamanı təsvir edir. Bu unutqanlıq halı modern dünyanın vəziyyətini əks etdirir.
8

Yol (The Road), Kormak Makkarti

Fəlakət nəticəsində arzuolunmaz bir vəziyyət yaranır. Cənubi torpaqlara gedə bilmək üçün bir atanın xatirələri onun və oğlunun yolgöstəricisi olacaq. Eyni zamanda onlar keçmişdəki davranışlarını unutmalıdırlar, çünki həyatda qalmağın yolu buradan başlayır.

 
9

Bitmə Hissi (The Sense of an Ending), Culian Barns

Tom Vebster keçmişdə dostlarına qarşı etdiyi qəddarca davranışı kəşf etdikdə, xatirələrini və özü haqqında söylədiyi hekayələri gözdən keçirməli olur.
10

Yeraltından Qeydlər (Notes from Underground), Fyodor Dostoyevski

Müasir ədəbiyyatın ən məşhur obrazlarından olan "yeraltı adam" tək bir xatirənin yükü altında əzilməkdədir. Arzuladığı şeyə çata bilməməsinin  səbəbi də budur. Xatirənin ağırlığı onu digər insanlar arasında yaşaya bilməz hala gətirir.

Cavablandır