Uşaqlar üçün ən yaxşı 10 kitab

1080

Bu günə qədər ingilis dilində yazılmış ən yaxşı uşaq kitabları hansılardır? BBC News müxtəlif ölkələrin onlarla ədəbiyyat tənqidiçisindən soruşaraq bu suala cavab tapmaq çalışıb. 10 yaşdan aşağı uşaqlar üçün ingilis dilində yazılmış ən yaxşı kitabların siyahısı hazırlanıb. 151 kitabın adı olan bu siyahıda ən çox təkrarlanan 10 kitabı təqdim edirik.

1. Preridəki kiçik ev (Little House on the Prairie) (1935) – Laura Ingalls Uilder

Uilder, ABŞ-ın 19-cu əsrini əks etdirdiyi 9 klassik romanı öz uşaqlığından ilhamlanaraq yazır. “Preridəki kiçik ev” adlı kitabı meşədə tikilən evdə anası, atası, iki bacısı və iti ilə birlikdə yaşayan balaca bir qızın gündəlik yaşamından bəhs edir.

 

2. Zamanda səyahət (A Wrinkle In Time) (1962) – Madlen Lenql

Meq Mörrinin zamanda səyahət edə bilən və fizik olan atası birdən-birə qeyb olur. Günlərin bir günü evlərinə gələn gözlənilməz qonaq da zamanda səyahət nəticəsində oraya gəlir. Onun hesabına Meq də dostu və qardaşı ilə atasını tapmaq üçün səyahətə çıxır. Şahid olduğu hadisələrdə Soyuq Müharibənin izlərini görmək mümkündür. Uşaqları elmi-fantastikayla tanış edən kitablardan biri olan bu əsərdə Enşteynin nisbilik nəzəriyyəsindən də istifadə edilib. Meq ağıllı, amma qəribə xarakterli qız olaraq ədəbiyyatda bir ilk idi.

 

3. Yer-dəniz sehrbazı (A Wizard of Earthsea) (1968) – Ursula Kröber Le Quin

Sparrouhauk adlı balaca uşaq cadugər xalasından öyrəndiyi sehrli güclərlə özünü pisliklərdən qoruyurdu. Sonra yeni bir adla sehrbaz olaraq təhsil alır. Məktəbindəki yanlışlar, əjdahalar və cinlərlə mübarizəsi, fantastika tərzli nağıllarda yaxşı və pis anlayışlarını yenidən formalaşdırır.

 

4. Çarlinin şokolad fabriki (Charlie and the Chocolate Factory) (1964) – Roald Dahl

Tənqidçiləri Roald Dahlın beş kitabını siyahıya salır. Bəziləri Dahlı yaşayıb-yaratmış ən yaxşı uşaq kitabları yazıçısı olaraq adlandırır.

 

5. Vinni Pux (Winnie-the-Pooh) (1926) – AA Milne

Milne kitabındakı qəhrəmanlara öz oğlu Kristofer Robinin və onun oyuncaqlarının adını verir. Vinni Pux ayısının adıdır və digər qəhrəmanlarla birlikdə meşədə yaşadıqları macəralarından bəhs edir. Pyes yazıçısı Milnenin Pux klassikası uşaqlar üçün mükəmməl nağıl qəhrəmanları yaradıb.

6. Balaca şahzadə (The Little Prince (1943) – Antoine de Saint-Exupéry

İkinci Dünya Müharibəsi zamanı Fransa hava qüvvələrində pilotluq edən və 1944-cü ildə təyyarəsi ilə birlikdə Ağ dənizdə qeyb olan yazıçının bu ibrətamiz hekayəsi çox məşhurdur. Hekayə Saxara səhrasına düşən təyyarənin pilotu ilə kiçik bir planetdən gələn şahzadə arasında baş tutur. Şahzadənin bir çox sözü həyat dərsi kimidir.

 

7. Balaca qadınlar (Little Women) (1868) – Luiza Mey Alkott

Əsər balaca bir qəsəbədə yaşayan Març ailəsinin fərqli xarakterlərə malik dörd qızının uşaqlıqdan yetkinliyə qədər olan keçid dövüründən bəhs edir. Hekayə əsrlər boyu öz təsirini itirmir. Avtobioqrafik səciyyə daşıyan roman realist dialoqları, güclü obrazları və yazıçının maraq oyadan dili illə bir neçə dəfə oxuna biləcək tərzdədir.

 

8. Alisa möcüzələr ölkəsində (Alice’s Adventures in Wonderland) (1865) – Luis Kerrol

Luis Kerrol adından istifadə edən Çarlz Dodqsonun Viktoriya dövrünə aid fantaziyası 150 il əvvəl yayımlandığı zaman səs-küyə səbəb olur. Romanın baş qəhrəmanı Alisanın dovşan yuvasından girdiyi dünya və qarşılaşdığı obrazlar ədəbiyyatda görə biləcəyimiz ən yaxşı xəyal məhsullarındadır. Artıq Alisanı hər kəs tanıyır. Hekayənin fərqli versiyaları da ortaya çıxmaqda davam edir.

 

9. Dostum canavar (Where the Wild Things Are) (1963) – Moris Sendak

Hekayənin qəhrəmanı Maks anasının yemək yedirtmədən yatmağa göndərdyi və öz dünyasındakı canavarların yanına keçən balaca bir uşaqdır. Yazıçı, bir uşağın öz hislərini tanımasını və idarə etməyi öyrənməsini incəliklərinə qədər başa salır.

 

10. Narniya gündəlikləri: Aslan, Cadugər və Şkaf (The Lion, the Witch and the Wardrobe (1950) – CS Luis

Luisin fantastikayla dolu olan bu əsəri tənqidçilərdən çoxlu təriflər alır. Hekayənin girişində uşaqlar üçün olduğu göstərilsə də hər kəsin oxuya biləcəyi bir əsərdir. Hekayə sehr, psixoloji reallıq və dərin gözəllik anlayışını birləşdirib.

Cavablandır