İlin ən yaxşı 5 komediya filmi

Yaxşı bir komediya filmi sizə gülməktən daha artığını təqdim edər. 2018-ci ildə də bu janrda çəkilmiş bir çox filmi izlədik və onlardan ən yaxşılarını sizə təqdim edirik. 1. Oyun gecəsi – Game Night Mark Perezin qələmə aldığı “Oyun gecəsi” Maks və Enninin dostlarıyla bərabər hazırladıqları oyun gecəsində başlarına gələn hadisələrdən bəhs edir. Maksın qardaşı Bruks...

Barama Medianın ilk kiçik məzunları

Barama Medianın Azərbaycan Britaniya Kollecində keçirdiyi “Vizual Jurnalistika Kursu” uğurla yekunlaşıb. Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə baş tutan layihə çərçivəsində 8-13 yaşlı şagirdlərə media bacarıqları, audio materiallarla iş, fotoqrafiya, video çəkiliş və digər sahələrdə təlimlər keçirilib. Sonda 2 ay müddətində hazırlanan materiallar nümayiş olunub və kurs iştirakçıları sertifikatlarla mükafatlandırılıb.

Barama Hackathon yarışmasına qeydiyyat başladı!

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank-ın dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib. Bütün dünyada “Hackhaton”lar adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim...

Bakının fərqli kitab mağazası

Bir məktub kampaniyasının qalibi Libraff mağazasından öz kitablarına qovuşdu. Barama media – “Teas Press” nəşrlər evi, Libraff kitab mağazası ilə keçirdiyi “Bir məktub” kampaniyası yeni il ərəfəsində qocalar evinə məktub yazılması məqsədilə keçirilib. Ümumilikdə bütün məktubların sayı 17-dir. Yazılan bütün məktublar Bilgəh qocalar evinə göndərilib. Qeyd edək ki, qalib BMU 4-cü kurs tələbəsi Tayfun Əşrəfdir. ...

Bu günün yaddaşı: Cemal Sürəya

Denizin ortasına kadar elma yiyorsun Yüreğimin ortasına kadar elma yiyorsun Bir yanda esaslı kederler içinde gençliğimiz Bir yanda Sirkeci’nin tren dolu kadınları Adettir sadece ağızlarını öptürürler Ayaküstü işlerini görmek yerine Adımın bir harfini atıyorum… “Elma” şeirində, adındakı “Y” hərflərindən birini atdığını elan edər. Səbəbi, öz dediyinə görə dostuyla telefon nömrəsi üzərində girdiyi bir mərcdən uduzması idi. Bir başqa...

Barama “Stupid İdea Day”

Barama medianın hazırladığı sujetdə “Stupid İdea Day”in xülasəsini izləyə bilərsiniz. Stupid idea day nədir? Stupid İdea day   Barama və ADA Universitetin 2 saat üçün nəzərdə tutduqları məhsuldar tədbir layihəsidir. Şəffaflığın qorunmasını təmin etmək məqsədilə müzakirə obyekti olacaq ideyanın açıqlanması tədbir günündə baş tutur. Hər şey ideyadan başlayır! 2 saat ərzində yeni ideyaların və konseptlərin generatoru qismində...

Biznesə necə başlamalı?

Biznesə başlamanın ilk addımları artıq yayımlandı.Bu videoda biznesə başlayarkən son iki addım izah edilir. Əgər startupınız varsa, sahibkarlığa yeni başlamısınızsa biznes barədə dərsləri izləyərək faydalana bilərsiniz. Qeyd edək ki, biznes ekpertimiz #Azercell #Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırovdur. Biznes barədə digər dərslər: https://www.youtube.com/playlist?list… Bizə abunə ola, digər dərsləri izləyə və bəyənə bilərsiniz. Abunə...

Dərs 8: Hostinq nədir?

Dərs 2: Biznesin tipləri