Son illərin ən yaxşı animasiya filmləri

550

Animasiya filmləri təkcə uşaqları yox, eyni zamanda bütün ailəni bir yerə toplayan, hər yaşa xitab edən bir janrdır. İMDB balları ilə diqqətimizi çəkən minlərlə animasiya var. Son illərin ən yaxşılarından olan 10 animasiya filmini sizə təqdim edirik.
1

Vall-İ (8.5)

İnsanlar ətraf mühitin həddindən artıq çirklənməsi səbəbi ilə Dünyanı tərk edib başqa bir planetdə yaşamağa başlayırlar. Dünyanı zibillikdən təmizləmək tapşırığı Vall-İ adlı robota verilir. İnsanlıqla bağlı dərslər verən bu animasiya 2008-ci ildə çəkilib və Oskar mükafatı alıb.
2

Yuxarı Bax / Up (8.3)

2009-cu ilin ən yaxşı animasiyası adı altında Oskar mükafatına layiq görülən film, Pixar studiyaları yaradıcılığında zirvədədir. Həyatdakı hər şeylə bağlı uşaqca saf maraqları olan qoca Ellinin tək arzusu dünyanı səyahət etmək idi. Karl isə Ellinin tək istəyini reallaşdırmaq üçün çalışmaqdadır.
3

Əjdahanı necə əhliləşdirməli / How to Train Your Dragon (8.2)

Bu kənddə həddi-büluğa çatmış kişilərin tək vəzifəsi kəndi yağmalayan əjdahanı öldürməkdir. Bir gün Hiccup, ixtira etdiyi qəribə mexanizmalı silahla əjdarhanı öldürməyə cəhd edir. Məqsədinə çata bilməyən Hiccup heyvanı meşəyə götürərək sərbəst buraxır. Sonra aralarında sədaqətin olduğu bir dostluq yaranır.
4

Ratatuy / Ratatouille (8.0)

Mətbəxdə siçan görmək aşbazların ən böyük qorxusudur. Lakin 2007-ci il istehsalı olan bu animasiya filmində bir siçanın hesabına şöhrətlənən aşbaz və onun macəraları ilə tanış oluruq.
5

Qəhrəmanlar Şəhəri / Big Hero 6 (7.9)

Komediya və dramın qarışıq olduğu bu film 2015-ci ildə "Ən yaxşı animasiya filmi" olaraq Oskara layiq görülür. Ağıllı robot yaradıcısı Hiro özünü xüsusi bir təşkilatın içində tapır. Bu təşkilatın məqsədi yüksək texnologiyalara sahib "San Fransokyo"nu yerlə-yeksan etməkdir. Hiro, ən yaxın dostu Baymaks ilə birlikdə şəhəri xilas etmək üçün yaradılan könüllü qrupuna qoşulur və macəra başlayır.
6

Moana (7.7)

Disneyin birdən çox animasiya filminə rejissorluq edən Con Hasker və Ron Klementsin ortaq layihəsi olan "Moana"nın reliz tarixi 2016-ci ildir. Moana Polineziyada yaşayan qəbilə başçısının cəsur qızıdır. Ancaq yarı tanrı Maui tərəfindən edilən lənət onun adasına qədər çatır. Moananın tək məqsədi bu lənətə son verməkdir.
7

Mən Yaramazam / Despicable Me (7.7)



"Mən Yaramazam" 2010-cu ilə adını qızıl hərflərlə yazdırır. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona bu istəyini reallaşdırmaqda kiçik kölələri minyonlar da kömək edəcəkdir.


 
8

Anomalisa (7.3)

İflic bir şəxsin həyat eşqindən bəhs edən fantastika-dram janrında olan film 2015-ci ildə "Ən yaxşı animasiya filmi" Oskarına və Qızıl Qlobus mükafatına namizəd göstərilir.
9

Cəsur / Brave (7.2)



2012-ci ildə yayımlanan macəra filmi Cəsur: Şahzadə Merida davranışları ilə, krallığının müqəddəs saydığı ənənəsinə qarşı gəlir və bunun nəticəsində xaos yaranır. Sonra isə ölkəsini xilas etmək üçün əlindən gələni etməyə çalışır.


 
10

Rio (6.9)

Tənqidçilər və tamaşaçılar tərəfindən bəyənilən "Rio" "Buz Dövrü" animasiyasının yaradıcılarının əsəridir. Rio-De-Janeyro meşələrindən çox kiçikkən qaçırılan Mavi növünün son nümunəsidir. Animasiya, Mavinin sahibi Lindanın onu tutuquşu Möhtəşəm ilə tanış etdiyi müddətdə baş vermiş macəralardan bəhs edir.

Cavablandır