Markesin Elektron Arxivi Yayımlandı

690

Qabriel Qarsiya Markesin Herri Ransom Mərkəzində olan arxivi internetə daxil edildi. Arxivdə 27 mindən çox foto, 22 qaralama dəftəri, bir xatirə dəftəri, ssenarilər və yazıçının qeydləri olan dəftərlər var. Tədqiqatçılar Texas Universisteti daxilindəki Herri Ransom Mərkəzi kitabxanasında olan Markes arxivinə 2015-ci ildən bəri çata bilir. Markesinki o zamandan ən çox maraq cəlb edən arxivlərdən biridir. Bu maraq texnologiya və ədəbiyyat dünyasından təşkilatları bir araya gətirərək, Markesin arxivindəki sənədlərin yarısını elektron versiyaya ötürür. Akademiya aləminin tədqiqat metodlarını dəyişdirəcək bu layihə 18 ay və çoxadamlı bir komanda tələb edib.

Elektron arxivdə ingilis və ispan dillərində milyonlarla mətn var. Axtarış etmək, rəsmləri və mətnləri yan-yana gətirib qarşılaşdırmaq mümkündür. Herri Ransom Mərkəzinin elektron kolleksiyasında Markesdən əlavə Robert Brouninq, Şekspir və Edqar Allan Poya da aid sənədlər var.

Keçən ilin iyul ayında PEN Yazıçılar Birliyi də elektron arxiv hazırlayaraq, son 50 il içərisində hazırladığı beynəlxalq konqreslərin, simpoziumların, panellərin səs qeydlərini bir arada toplayır. Elektron dünya tədqiqat metodları qədər arxivləmə üsullarını da asanlaşdırır.

Elektron arxivlə buradan tanış ola bilərsiniz:

Qabriel Qarsiya Markesin Elektron Arxivi