Məşhur yazıçıların ən sevdiyi kitablar

760
1

Ernest Heminquey

Heminqueyin bu sözünü eşitməyən olmaz: "Kitabdan daha sadiq dost yoxdur." 1935-ci ildə paylaşdığı kitab siyahısında isə dəfələrlə təkrar oxuya biləcəyi kitabları açıqlayır. Bu siyahıda "Anna Karenina", "Madam Bovari", "Hərb və Sülh", "Karamazov Qardaşları" kimi kitablar yer alır.
2

Corc R.R. Martin

"Taxt Oyunları" kitabının yazıçısı Corc R.R. Martin, Tolkinin ən böyük pərəstişkarlarındandır. Orta məktəbdə oxuduğu "Üzüklərin Hökmdarı" seriyasının hələ də təsirində olduğunu deyir. Son zamanlardakı sevimli  kitabı isə Con Mandelanın "Stansiya 11" əsəridir.
3

Vladimir Nabokov

1950-ci illərdə fransız televiziyasında etdiyi çıxışda Ceyms Coysun "Uliss", Kafkanın "Çevrilmə", Andrey Beleyin "Peterburq" kitablarını çox sevdiyini deyib.
4

Ceyn Ostin

"Qürur və Qərəz" kimi klassiklərin yazıçısı Ostinin özü də çox yaxşı oxucu olub. Corc Bayrondan "Korsar", Anna Radklifdən "Udolfonun Sirləri", Samuel Riçardsondan "Ser Çarlz Qrandisonun Tarixi" kimi kitablar onun sevimliləri arasındadır.
5

Mark Tven

Mark Tven, ondan kitab tövsiyə edilməsi istəndikdə bu kitabları sadalayıb: "Minbir Gecə", "Arturun Ölümü" (Tomas Malori) və "Fransa Çevrilişi" (Tomas Karleyl).
6

Frensis Skott Fitscerald

Fitsceraldın “oxunması zəruri” olaraq  adlandırdığı 22 kitabın adı olduğu siyahı var. Siyahının başlarında Ernest Renanın "İsanın Həyatı", Henrik İbsenin "Uşaq Evi", Şervud Andersonun "Uinsburq Ohayo" kitabları var.
7

Semyuel Bekket

Nobel mükafatlı yazıçı Bekketin oxumaq ehtirasını hər kəs bilir. Ən sevdiyi kitablar Jül Verndən "80 Gün Dünya Ətrafında", Cerom Selincerin "Çovdarlıqda Uçurumdan Qoruyan" və Teodor Föntendən "Effi Bryest"dir.
8

Coan Roulinq

J.K. Rowling writes the Cormoran Strike mystery novels under the pseudonym Robert Galbraith.
Roulinqin ən sevdiyi obraz Emma Bovari, ən sevdiyi yazıçı isə Virciniya Vulfdur. Bunlardan əlavə Edit Nesbitin "Xəzinə axtaranların hekayəsi" də ən sevdiyi kitablar arasındadır.
9

Henri Miller

Henri Millerə görə kitablarla olan məşğuliyyət həyati bir təcrübədir. Ona ən çox təsir edən 100 kitab arasında da "Tufanlı Yoxuşlar", "Səfillər", "Haklberi Finin Macəraları" və "Çəmən Yarpaqları" var.
10

Con Steynbek

Steynbekin ən sevdiyi kitabların başında ona 9 yaşında  hədiyyə edilən "Arturun Ölümü" gəlir. Sonrakı illərdə də bu kitabın təsiri ilə Kral Artur haqqında kitab yazır.

Cavablandır