Kubrikin gözü ilə "10 ən yaxşı film"

1260

Rejissor Stenli Kubrikin hazırladığı ilk və tək "ən yaxşı filmlər" siyahısını sizə təqdim edirik. Kubrikin gözü ilə kino tarixinin ən yaxşı 10 filmi:

 
1

Ana Uşaqları (I Vitelloni) (1953), Federiko Fellini

1950-ci illərdə Adriatikin kiçik bir sahil qəsəbəsində yaşayan hər kəs xoşbəxt idi. 20 yaşında hələ də ailələri ilə yaşamaqda olan bir neçə gənc, günü günə sataraq həyatlarını davam etdirməkdədirlər. Birlikdə olduqda bu qəsəbədən xilas olub düzgün bir həyat qurmağın xəyalını quran beş gənc, bu arzularını reallaşdırmayacaq qədər tənbəldirlər. Getmək onlar üçün məqsəddən əlavə, böyük bir xəyaldır. Sadəcə içlərindən biri xaric.
2

Yabanı Çiyələklər (1957), Ingmar Bergman

78 yaşında olan Professor Borq dərəcə almaq üçün Stokholmdan Lunda tərəf yola düşür. Yanında gəlini Marianne də olur. Bu əsnada Borqa itirdiyi gənclik eşqini xatırladan cavan avtostopçu bir qızla və davakar cütlüklə rastlaşır. Tanış olduğu şəxslər və gəncliyinin keçdiyi məkanlar Borqa təkcə kabuslar yaşatmır.
3

Vətəndaş Keyn (1941), Orson Welles

Filmdə varlı media başçısı Çarlz Foster Keyn Xanadudakı görkəmli malikanəsində vəfat edir və son nəfəsini verərkən baş ucundakılara heç kəsin anlamadığı bir söz fısıldayır: "Rosebud". Bütün media Keynin son sözünün mənasını tapmaq üçün hərəkətə keçir və Keynin həyatının fərqli yönləri ortaya çıxır. Ancaq "Rosebud" öz sirrini qoruyur.
4

Qızıl Xəzinələri (1948), John Huston 

Varlanmaq hirsi ilə son pulunu da lotereyaya xərcləyən Fred, Meksikada dostu Kurtinlə görüşür. Birlikdə işlədikləri Makklendən pullarını almalıdırlar, amma bu çətin başa gəlir. Birlikdə vaxt keçirdikləri və çoxdanışan Hovarda görə ətrafdakı bütün təpələr qızıl xəzinələri ilə doludur. Bu, Dobbs və Kurtin üçün çox yaxşı fürsətdir.
5

 Şəhərin İşıqları (1931), Çarli Çaplin

Charlie Chaplin and Virginia Cherrill in the silent movie classic City Lights. AP Photo
Təmiz ürəkli küçə avarası, kor bir gül satan qıza aşiq olur. Qıza özünü varlı biri olaraq təqdim edir. Sonradan həyatını xilas edən milyonerin ona dostca davranıb, sözlər verməsindən cəsarətlənir. Ondan sevdiyi qızın gözlərinin görməsi üçün lazım olan əməliyyat pulunu borc ala biləcəyini düşünür. Lakin varlı insanlar ikiüzlü həyatlarından çox razıdırlar.
6

V. Henri (1944), Laurence Olivier

V. Henri Villiam Şeksprin eyni adlı dramı əsasında çəkilən 1944-cü il filmidir. Rejissorluğunu edən Laurence Oliver, eyni zamanda baş rolu da özü oynayır. Filmin rəsmi adı isə belədir: "The Chronicle History of King Henry the Fift with His Battell Fought at Agincourt in France" (İngiltərə Kralı V. Henrinin Fransada Yaratdığı Agincourt Müharibəsinin Qeyd Edilmiş Tarixi)
7

Gecə (La Notte) 1961, Michelangelo Antonioni

Yazıçı Covanni Pontano depressiyadadır. Həyat yoldaşı Lidia ilə də münasibəti yolunda deyil. Cütlük Covanninin son kitabının yayımlandığı gün xəstəxanada xərçəngdən əziyyət çəkən marksist redaktor Tomassonu ziyarət edir. Cütlük dəvət olunduqları bir partidə problemlərinə səthi bir çarə tapırlar.
8

Bank Əməliyyatçısı (1940), W. C. Fields

Eqbert Sos, ailəsi tərəfindən asanlıqla istiqamətləndirilə bilən, alkoqol düşkünü bir adamdır. Qarşısını aldığı bank soyğunu nəticəsində həyat onun üçün yeni bir qəribəliyi də bərabərində gətirir. Həmin bankda mühafizəçi olaraq işə götürülür və qızının nişanlısı Oq Ogillbi də burada xəzinədar olaraq işləməkdədir. Qısa vaxt ərzində gələcək kürəkəni Oqu hesabına pul köçürməsi üçün razı salar. Ancaq işlər bu andan etibarən qarışmağa başlayır.
9

Roksi Hart (1942), Villiam Velman

Villiam Velmanın rejissoru olduğu filmin baş rolunu Ginger Rogers ifa edir. Digər rollarda Adolp Menjou, Corc Montqomeri var. 2002-ci il versiyasındakı Velma Kelli və jurnalist obrazları bu versiyada yoxdur.
10

Cəhənnəm Mələkləri (1930), Hovard Hyuz

Hovard Hyuzun 3 il işlədiyi filmin büdcəsi 4 milyon dollardır. 1930-cu ildə Hollivudda olan premyerasında 500 min şəxs iştirak edir.