Kubaya səyahət etməyiniz üçün 9 səbəb

880

Kolumbun gəmiləri 1492-ci ildə yeni dünyaları kəşf etmək üçün yola çıxır. Məqsəd Hindistana gedən yolu tapmaq idi, amma çatdıqları yer fərqli dünya idi. Kolumbun gəmiləri 1492-ci il oktyabrın 28-də  Kubaya  çatır.  Səyyahın Hindistan əvəzinə Kubaya getməsinin səbəbi hamıya bəllidir. Ancaq hazırda Kubaya təsadüfən yox elə öz istəyinizlə getməyə bir sıra səbəblər var. Əsrarəngiz ölkəyə getmək üçün 9 səbəbi təqdim edirik.

Köhnə avtomobillərin yaşadığı  muzey!

Başqa ölkələrdə köhnə Amerika avtomobillərindən az istifadə olunur və çətin ki, tapasınız. Kubaya isə hələ də müasir avtomobil idxal edilməyib. Belə ki, küçələr 1950-ci illərdəki avtomobillərlə doludur: Şevroletlər, Buicks və Studebakers. Nostalji üçün mükəmməldir!

 

Günəşli hava və dəniz…

Məzuniyyətinizi isti şəraitində keçirmək istəyirsinizsə, Kuba sizi məyus etməyəcək. Yanvar, fevral və mart aylarında bir neçə sərin gün istisna olmaqla, temperatur yüksək və hava günəşli olacaq.

 

Sosializmi öz gözlərinizlə görün!

Dünyada real sosializmin son qalıqlarından biri olan Kuba, özündə tarixi və real təcrübəni ehtiva edir.  Tarixi ildönümlərindəki ictimai mitinqləri görmək hələ də mümkündür; Karl Marks və Vladimir Lenin kimi ideoloji qəhrəmanların adına heykəllər, parklar və qurumlar var; və böyük billboardlar bütün yerlərdə siyasi mesajlar yayır – istehlak malları üçün nəhəng reklamlar görülə bilməz.

 

Otellər dövlətin idarəsindədir və olduqca ucuzdurlar!

Amma istəsəniz, yerli əhalinin arasında qarışmaq üçün kubalı ailələrin birindən otaq da kirayəyə götürə bilərsiniz.

 

Ucuz içkilər

5 ulduzlu otellər və bahalı barlar xaricində, pivə Kubada çox ucuzdur. Bukanero və Kristal kimi yerli markalar bir çox yerdə 2 dollar, hətta dövlət mağazalarında 1 dollara alınır. İctimai yerlərdə içmək leqaldır, yolda içmənizsə, biraz təhlükəlidir. Kokteyllər də bahalı deyil. Kubanın ənənəvi kokteyllərini sınamaq üçün şansını qaçırmayın.

 

Cəlbedici mənzərələri və çimərlikləri

Düşərgə və yürüyüş üçün xüsusilə dağ bölgələri yaxınlığında çox gözəl təbii yerləri var. Karib çimərlikləri öz kristal təmiz suları və qumları ilə məşhurdur. Ölkənin qərb hissəsindəki Vinales-dən Kubanın şərqindəki Guardalavaca plajına qədər seçim edə bilməyiniz üçün müxtəlif bölgələr var.

 

Unikal tarixi kəşf etmək

Ölkənin tarixi və müasir yerlərini, muzeylərini ziyarət edin. Santa Klaradakı Çe Gevara türbəsi, İnqilab Muzeyi və Havanadakı Ron Havana Klubundan başlaya bilərsiniz.

 

Musiqili ölkə

Kubalılar öz musiqilərini sevir. Küçə ifaçılarından Dj-ə, məşhur timba qruplarından qonşusu üçün mahnı oxuyan şəxsə kimi musiqi Kubanın hər küncündən çıxır. Ölkəni musiqi məktəbləri əhatəyə alıb və əksər mehmanxanalarda, restoranlarda istedadlı ifaçıların canlı çıxışları olur.  Rep, caz, Afrika ritmləri və hətta flamenkonun sintez edildiyi maraqlı layihələr çox yayılıb.

 

Rəngarəng rəqs növləri

Rumba, guaguanco və congas kimi daha rəngarəng rəqs növlərini görmək şansını qaçırmayın. Kubanın sinonimi ritmdir! Kabaret Tropikanada salsa hərəkətlərindən birini seçin sonra da özünüzü rəqs meydanına atmaq üçün hazırlaşın.

Cavablandır