Könüllü çalışaraq dünyanı gəzə bilərsiniz!

2610

İstədiyiniz ölkədə müəyyən bir vaxt boyunca yeni insanlarla tanış olmaq,  tamamən başqa bir mədəniyyətin içinə daxil olmaq və yeni yerlər kəşf etməyiniz mümkündür. Həm də heç pul xərcləmədən.

Dünyada bir çox könüllü çalışma qurumları var. Qarşılığında isə seçdiyiniz yerləri gəzmək, yaşamaq və təcrübə qazanmağınız mümkündür.

Heyvanlara Qulluq – Milli Parklar

Heyvanları sevirsinizsə bu iş sizin üçün sadəcə iş olmaya bilər. Afrikanı kəşf etməyin hər halda oradakı təbii sahələrdə, milli parklarda çalışmaqdan daha yaxşı yolu ola bilməz. Yerli mədəniyyətlə tanış olub, okeanı təpədən görən Table Dağına dırmaşa bilərsiniz. Afrika təsərrüfatı şərabçılığı, ananas yetişdirmə və şəkər qamışlarıyla bilinir. Kanada təbii təsərrüfat və heyvandarlıq ölkəsidir. Təbiəti və heyvanları sevirsinizsə edə biləcəyiniz iş də çoxalır.

Mədəniyyət, Sənət və Özəl Baxım Düşərgələri

Dünyanın ən gözəl şəhərlərində yaradılan musiqi festivalları, konsertlər və idman proqramları üçün könüllülərə ehtiyac duyulur. Xüsusilə incəsənətə marağınız varsa, əyləncəli və izdihamlı bir əhatədə olmağı sevirsinizsə bu könüllülük proqramı tam sizə görə ola bilər. Bütün festival boyu hazırlıqların hamısında iştirak etmək, uğurlu bir işdə sizin də köməyinizin olması zövqlü təcrübə ola bilər. Hətta arxeoloqlarla da çalışa bilərsiniz. Qonaqlama, yemək və içmək kimi xərclərinizin qarşılandığını düşündükdə geri qalan vaxtlarda şəhəri istədiyiniz qədər gəzə bilərsiniz.

Sosial Yüklü İşçi Düşərgələri

Həyatınız boyu köməyə ehtiyacı olan insanların yanında olmusunuz? Əgər bu cür düşünürsünüzsə həm istədiyiniz şəhəri gəzə bilər, həm də köməyə ehtiyacı olan şəxslərə yardım etmək hesabına könüllülük proqramlarına qoşularaq çalışa bilərsiniz. Qocalar evləri, internatlar, fiziki qüsurlu şəxslərin inkişafı ilə bağlı bir çox qurumlar var. Bu tip yerlərdə çalışmaq həm başqalarına yaxşılıq etmək, həm də yaxşı hiss etməyinizə səbəb olacaq.

Təhsil

Xüsusilə üçüncü dünya ölkələrində təhsil ehtiyacını qarşılamaqla bağlı müəllimlərə ehtiyac çoxdur. Əgər siz də uşaqlarla maraqlanmaq, onlarla vaxt keçirmək və onlara yeni şeylər qatmaq istəyirsinizsə könüllü müəllim fəaliyyəti göstərə bilərsiniz. Həm mənəvi olaraq ruhunuzu təmizləyəcək, həm də böyüyən yeni nəsilləri bilgiləndirmiş olacaqsınız. Hətta öyrətdiyiniz zaman yeni şeylər öyrənəcəyinizi də unutmayın. Bundan əlavə bol-bol gəzmək də könüllülük hərəkatınızın bir parçası olacaq.

Təklif edə biləcəyimiz könüllü çalışma qurumlar:
 
ATD Fourth World
Agency for Personal Service Overseas
WWOOF
The Catholic Institute for International Relations
Catholic Medical Mission Board
Centro Studi Terzo Mondo
Concern Worldwide
Direct Relief
Birləşmiş Millətlər Könüllülük Proqramı
Développement rural
United Nations Association International
Concordia
Council on International Educational Exchange
Archaeologhy Abroad

Cavablandır