Kitabsevərlərin getmək istəyəcəyi 6 qeyri-adi kitabxana

670

Kitabsevərləri sevindirmək üçün onları içi ağzına qədər dolu olan kitabxanalarla tanış etmək kifayətdir. Dünyadakı bütün kitab qurdlarının diqqətini cəlb edəcək 8 kitabxana:

1

Səyyar Kitabxana

İbtidai sinif müəllimi Luis Sorianonun şimali Kolumbiyadakı şöhrəti, həftə sonları Alfa və Beta adlarındakı iki eşşəyi ilə kəndbəkənd gəzməsindən sonra yaranıb. "Biblioburros" adındakı bu səyyar kitabxana təxmini 20 ildir narkotiklə mübarizənin qızğın olduğu bölgələrdəki yoxsul uşaqlara kitab və ümid daşıyır. 
2

Köhnə Bir Walmartın İçindəki Kitabxana

McAllen Xalq Kitabxanası 132.000 m² təzə binası üçün özündən 4 qat böyük köhnə bir Walmart alır. 2011-ci ildə tamamlanan və 24 milyon dollara başa gələn restavrasiyadan McAllen ABŞ-ın ən böyük təkmərtəbəli kitabxanasına sahibdir. Həmçinin, kitabxana yaxın keçmişdə Texasdakı ən gözəl kitabxana elan edilib.
3

Təhsil Silahı

Argentinalı sənətkar Raul Lemesoff 1979 model Ford Falconu tankvari bir “kütlə təhsil qurğusuna” çevirir. Avtomobilinə minib ölkənin dörd bir tərəfindəki məktəblərə, kəndlərə gedir və hər istəyənə kitablarından hədiyyə edir. Bu maşına 2500-ə qədər kitab yerləşə bilir. O, eyni zamanda ABŞ və Hollandiyada da səyyar kitabxanalar dizayn edir.
4

Məzarlıq Kitabxanası

Avstriyanın Krems an der Donau qəsəbəsindəki yəhudi məzarlığı bir dövr nasistlərin hörmətsizliyinə məruz qalır. Hazırda məzarlıqda Holokost zamanı öldürülən və ya köçkün düşən yerlilər olmaqla 127 yəhudinin adları yazılı olan 42 metrlik abidə var. Bundan əlavə kitab rəfləri vardır ki, bu da Maykl Kleq və Martin Guttmanın təşəbbüsü əsasında hazırlanıb. Açıq hava kitabxanası şüşələrlə örtülü, məzar daşı boyda və formasında olan 3 kitab rəfindən ibarətdir.
5

Beynəlxalq Sərhədlər Üzərindəki Kitabxana

1905-ci ildə açılan və içində opera binası olan Haskell Xalq Kitabxanası, ABŞ-la Kanada arasında olan sərhədin tam üstündə yerləşir. Derby Line girişi, Vermont, Caswell Bulvarında, Stanstead girişi, Quebec, Kilsə küçəsindədir. İki ölkə arasındakı sərhədi göstərən qara xətt, ingilis və fransız dillərində kitabların olduğu oxu zalını iki hissəyə bölür. Kitabxanaya girmək üçün gömrükdən keçmək məcburiyyətində qalmayacaqsınız (gəldiyiniz yoldan istifadə etdiyiniz müddətcə).
6

Kvadrat Baş

Fransanın Nice şəhərindəki xalq kitabxanası sürrealist axmaq heykəlinin içində yerləşir. 2013-cü ildə vəfat edən Sacha Sosno, bu kitabxananı dünyadakı ən böyük heykəl olaraq dizayn edir. Bu cəlbedici quruluş 28 m uzunluğunda və 7 mərtəbəlidir.