Kapadokiyaya səyahət etməyiniz üçün 7 səbəb

1240

"Times" qəzetində yayımlanan “Dünyanın 25 möhtəşəm möcüzəsi” siyahısına 5-ci yerdə daxil olan Kapadokiya, eyni zamanda 1985-ci ildən bəri YUNESKO Dünya Mirasları siyahısındadır. Sizə Kapadokiyaya getmək üçün 7 səbəb təqdim edirik:
1

Dünyanın çox az yerində olan Pəribacaları

"Çox oxuyan çox bilər, yoxsa çox gəzən?" İllərlə vadinin yamacından enib gələn sel sularının və küləyin təsiri ilə torpaq sürüşməsi nəticəsində yaranan "Pəribacaları" haqqında oxuduq. Nəyə bənzədiklərini təsvir edə bilərik, amma gözlə görmək daha çox zövq verəcək. Fərqli formalarda görə biləcəyiniz pəribacaları üçün Kapadokiyadan başqa ABŞ, Kanada, Çin və Serbiya kimi ölkələrə də gedə bilərsiniz, amma daha yaxın olan həmişə qazanır.
2

Gün doğumunu qarşılayan Balon Turu

Kapadokiya dedikdə ağıla gələn ilk görüntü məhz balon turudur. Balon turu yerdən minlərlə fit yüksəklikdə,  günəş çıxarkən Kapadokiyanın bənzərsiz təbiətini izlədiyiniz bir əyləncə növü olaraq adlandıra bilər. Amma həmin turda bundan çox daha artığı var.
3

"Göreme" açıq hava muzeyində tarixi səyahət

Miladdan sonra 8-ci əsrə qədər monastr olaraq fəaliyyət göstərən muzey, YUNESKO Ümumdünya İrsi siyahısında olan tarixi kompleksdir. Muzeydə evlər, kilsələr, məktəblər, yeməkxanalar, qadın və kişi monastrları diqqət çəkir. Tikililərdən əlavə, ərazidəki bəzi kilsələrin içində həndəsi şəkillərdən ibarət divar rəsmləri görə bilərsiniz. IV əsrdən etibarən çəkilən divar rəsmləri tarixi xüsusiyyətlərinə görə bir neçə yerə bölünür. Bəzilərində həndəsi şəkillər qabardılır, bəziləri də İncil və Hz. İsanın həyatından rəngli və təbii hissələr təqdim edir.
4

Yeraltı şəhərlərindən dərinlərə

Kapadokiyanın memarlıq nümunələrindən biri də yeraltı şəhərləridir. Yeraltı şəhərlər də qayaların oyulması ilə hazırlanan tikililərlə tamamlanır. İnsanların yaşaya biləcəyi formada tikilən şəhərlər, gizli keçid və tunellərlə bir-birinə bağlıdır.
5

Mövsümü olmayan səyahət

Bəzi yerlərin mövsümü olmur. Yazda çox rəngli olan yer, qışda kabus kimi gələ bilər. Belə zamanlarda sezona sadiq qalmaq işə yarayır, amma sizə şad xəbər! Kapadokiya fəsli düşünmədən gedə biləcəyiniz, hər ay sizə fərqli gözəlliklər təqdim edə biləcək bir yerdir. Qışın soyuq havasını düşündürməyəcək qədər gözəl qarlı mənzərəsi, yazda təbiəti və sərin axşamları üçün seçilə bilər.
6

"Ürgüp" üzüm bağlarından olan xüsusi şərablar

Kapadokiya dedikdə ağıla gələn digər şeylərdən biri də şərablarıdır. Ərazinin coğrafi xüsusiyyətləri və vulkanik təsir nəticəsində yaranan tüflü torpaqlar, Kapodokiyadakı bağçılıq fəaliyyətinə əlverişli şərait yaradır. Bağçılıq və şərabçılıq burada o qədər əhəmiyyətlidir ki, Ürgüpdə yerləşən Kapadokiya peşə məktəbində bağçılıq ixtisası belə var.
7

Qayalıq otellərdə gecələmə təcrübəsi

Kapadokiyaya gəlib edilməsi lazım olan şeylərdən biri də min illərlə yaşı yaşı olan qayalıq otellərində gecələməkdir. Qayalıqlar mədəni irsin əsaslarına və şərtlərinə sadiq qalınaraq restavrasiya edilir. Yolunuz bura düşərsə, səyahət təcrübənizi mükəmməlləşdirmək üçün atacağınız addımlardan biri də bu otellərdən birində qalmaqdır. Seçim çoxdur, amma "Esbelli Evi", "Kısmet Cave House", "Cappadocia Cave Suities", "Millstone Cave Suites", "Argos in Cappadocia", "Kelebek Cave Hotel", "Yunak Evleri", "Sultan Cave Suites" və "Museum Hotel" ilk ağıla gələnlərdir.

Cavablandır