İzləməli olduğunuz 7 sənədli film

1650

“Sənədli filmlər sıxıcıdır!” – sözündən qurtulun. Bəziləri hətta Hollivud filmlərindən belə cəlbedicidir. Real həyatı bütün çılpaqlığıyla göz önünə qoymağı bacaran 7 sənədli filmi sizə təqdim edirik

 

1. Korporasiya (The Corporation)

Sənədli filmdə şirkətlərin əsl üzlərindən bəhs edilir. Noam Çomski, Hauard Zinn, Naomi Kleyn, Maykl Mur kimi önəmli şəxslər də öz fikirləriylə filmin çəkilişində kömək olurlar. Bilinməyən bir çox məsələyə aydınlıq gətirən “The Corporation” müxtəlif festivallardan “Ən Yaxşı Sənədli Film” mükafatı qazanır. 

 

2. Qida, Korporasiya (Food, Inc.)

Marketdən aldığımız ərzaqların əslində hardan gəldiyini və bunun gələcək nəsillərə təsirindən  bəhs edən sənədli film 2008-ci ildə çəkilir. “Nə yeyirik? Necə yeyirik? Yediklərimiz hansı şəraitdə, kimlər tərəfindən, necə hazırlanır?” kimi mövzulara aydınlıq gətirərək bir müddət bütün bu qidaları yeməməyimizə səbəb olacaq.

 

3. Təbiətin Böyük Hadisələri (Nature’s Great Events

Sənədli filmin reliz (yayımlanma) tarixi 11 fevral 2009-cu ildir. Hər bölüm eyni hadisə ətrafında baş verir. Məsələn ilk seriyada yay aylarında qütbdəki qar və buzların əriməsini, ikinci seriyada isə isə somon balıqlarının köçünü izləyirik.

 
 
4. Dünyalılar (Earthlings)

Təbiət, heyvanlar və insanların iqtisadi qazancları arasındakı əlaqəni ortaya qoyan, indiyə qədər çəkilmiş ən açıqlayıcı sənədli filmdir. Rejissor Şaun Monson film haqqında bunları deyir: “Edə biləcəyiniz ən yaxşı şey, bu filmi insanlara izlətdirmək olacaq.”

 

5. Yer Planeti (Planet Earth)

4 “Emmy” mükafatı olan, 11 bölümlük “Yer Planeti”nin çəkilişinə 5 il müddət sərf edilir. İndiyə qədər BBC tərəfindən hazırlanmış ən bahalı sənədli filmdir. Aydın dili, qüsursuz çəkiliş və cəlbedici səhnələri ilə izləməkdən zövq alacaqsınız.

 

6. Həyat (Life)

Heyvanlar və bitkilərin həyatda qalmaq və çoxalmaq üçün eləməli olduqları qeyri-adi proseslərdən bəhs edən filmdə saniyədə 1000 kadrla çəkilən inanılmaz görüntülər var. Sənədli film 10 bölümdən ibarət serialdır.

 

7. İnsan Planeti (Human Planet)

8 bölümlük sənədli film seriyasında dünyanın fərqli coğrafi bölgələrində yaşayan insanların təbiətlə olan əlaqəsi və həyat eşqindən bəhs edilir. 70 hekayədən ibarət olan filmin çəkilişləri 40 ölkədə aparılır və 3 il müddətinə baş tutur. BBC tarixinin ən gözəl işlərindən biri olan “İnsan Planeti” sənədli filminin çəkilişləri 2011-ci ildə başlanır.

Cavablandır