İlin ən yaxşı 5 komediya filmi

870

Yaxşı bir komediya filmi sizə gülməktən daha artığını təqdim edər. 2018-ci ildə də bu janrda çəkilmiş bir çox filmi izlədik və onlardan ən yaxşılarını sizə təqdim edirik.

1. Oyun gecəsi – Game Night

Mark Perezin qələmə aldığı “Oyun gecəsi” Maks və Enninin dostlarıyla bərabər hazırladıqları oyun gecəsində başlarına gələn hadisələrdən bəhs edir. Maksın qardaşı Bruks saxta oyun və ssenari hazırlayır. Ancaq tam oyun başladığı zaman Bruksun qaçırılmasıyla hər şey dəyişir.

 

2. Təmizləyici – Thoroughbred

Uşaqlıq dostu olan Lili və Amanda illər sonra Konnektikutda yenidən bir araya gəlirlər. Əks xarakterlərinə baxmayaraq Lilinin ögey atası Marka qarşı cəbhə yaradırlar. Dostluqları möhkəmləndikcə özlərini ən təhlükəli düşüncələrindən azad edən qızlar bu məsələni həll etmək və həyatlarını istədikləri kimi qura bilmək üçün Timdən kömək alırlar. Ancaq bu yol planladıqlarından daha təhlükəlidir.

 

3. İt adası – İsle of dogs

Günlərin bir günü Meqasaki şəhərindəki bütün itlərin uzaqlaşdırılmasına qərar verilir. Bütün itlər nəhəng zibil atma sahələrinə aparılır. Bu itlərin arasında 12 yaşı olan Atai Kobayaşinin qoruması olan Spots da var. Atarinin itini axtarmaq üçün olan səyahəti ərazinin gələcəyini dəyişdirəcək.

 

4. Paddinqton 2 – Paddington 2

Artlq Braun ailəsi ilə yaşayan ayı Paddinqton yerli əhalinin də sevilən və məşhur üzvü olur. Xalası Lüsinin 100-cü ad günü münasibəti ilə hədiyyə almaq üçün çoxlu işlərdə çalışır. Nəhayət hədiyyəni ala bilir. Ancaq hədiyyəni kimsə oğurlayır. Ayı Paddinqton hədiyyəni oğurlayanı tapmaq üçün əlindən gələn hər şeyi edəcək.

 

5. Okean 8 – Ocean’s 8

“Okean” seriyasında Corc Kluninin canlandırdığı Denni Okeanın bacısı Debbi Okean beş illik həbsdən sonra azad edilir. Lakin planı tətilə getmək ya da sakit bir həyat yaşamaq deyil. Debbi yeni soyğun planı hazırlayır.

Cavablandır