Hər kəsin oxumalı olduğu 5 klassik roman

5670

Zövqlər müxtəlifdir. Bu fikir kitablar da daxil olmaqla hər şeyə aiddir. Məhz buna görə də biz daim axtarışdayıq. İnternetdə olan kitab siyahıları, mağazalarda, bukinistlərdə keçirdiyimiz zaman da məhz doğru seçim etmək, mütaliədən zövq almaq üçündür. Oxumalı olduğumuz klassik romanları düşündükdə isə problem yaranır. Həddindən artıq çox kitab var. Dəqiqədə ən çoxu 200-300 söz oxumaq mümkündür. Bu o deməkdir ki, “Hərb və Sülh”ü oxumaq üçün sadəcə  33 saat vaxt sərf etməliyik. Əksəriyyətin oxumağa ayırdığı vaxt olduqca az olduğuna görə “Hərb və Sülh”ü bitirmək yarım il çəkə bilər. 

Kitabları nə qədər sevsək də “oxumalı olduğunuz 100 klassik roman”cümləsi çox iddialı və böyük vaxt tələb edən prosses kimi görünür. Bəs həqiqətən oxumalı olduğunuz nədir? Bu dəfə sizə hamının oxumalı olduğu beş romanı təqdim edirik. Kitab siyahılarımızın davmının olacağına əmin ola bilərsiniz. 

“Moby Dik”

Melvillin romanı çap edildiyi zaman çox da maraqla qarşılanmır (insanların romanın nə qədər yaxşı olduğunu görməsi illər çəkir). Bu romanın söz xəzinəsi çox genişdir. Sözlərin çoxu balina ovçuluğu terminləridir.

Mövzu: Kitab sadəcə bir adamın balinanı ovlamasıyla bağlı deyil. Varlıq və reallığın təbiəti ilə əlaqədar bir sıra məsələləri kəşf edir. Məşhur başlıq cümləsi “Mənə İshmael de”dən sona qədər oxuduqda dünyaya baxışınızı dəyişdirə biləcək bir romandır.

Niyə oxumalısınız? –“Ağ balina” termininin təhlükəli bir simvol halına gəlməsinin səbəbi var. Kapitan Ahab adlı obrazı təmsil edən simvol olaraq istifadə edilir. Başqa sözlə desək, gündəlik dialoqlarımızda fərqində olmadan romanla bağlı mesajlar ötürürük. Bu vəziyyət romanın nə qədər güclü olduğunu və “Moby Dik” obrazlarının sosial rolunu nümayiş etdirir. Bu ay “Moby Dik”ə 13-15 saat vaxtınızı ayırın.

 

“Qürur və Qərəz”

“Qürur və Qərəz” Rozetta Stonun ədəbi versiyası kimidir. Süjet xəttinə və obrazlarına heyran oldğunuz bir çox modern romana ilham mənbəyi olmuşdur. 

Mövzu: “Qürur və Qərəz”in ən cəlbedici tərəfi Austinin istifadə etdiyi bir çox texnika və yeniliyin il baxışdan anlaşılmamasıdır.  Nikah, sosial siniflər, münasibət, şəxsi inkişaf və təkamül haqqında əla bir hekayə əldə etmiş olacaqsınız.

Niyə oxumalı? –  “Qürur və Qərəz”i oxumaq üçün daha iki səbəb: 

  1. Dil: Yazılmış ən sərt romanlardandır. Mükəmməl və epik giriş cümləsi “Hamı bilir ki, maddi imkanı olan gənc özünə həyat yoldaşı axtarmalıdır”, – ilə başlayan kitabı sadəcə romanın dilində görə də oxuya bilərsiniz.
  2.  “Qürur və Qərəz” çox da yorulmadan zövq ala biləcəyiniz nadir klassik romanlardandır. 10 saatınızı oxumağa ayırsanır 1 ya da 2 həftəyə     bitirmiş olarsınız.

 

“Uliss”

Ceyms Coysun “Uliss”i insanların qəlbində qorxu yarada biləcək gücə sahibdir.

Mövzu: Postmodern anlayışı ilə ləkələnmiş bir romandır. Düzünü demək lazımdırsa, yazılmış ən çətin romanlardan biridir. Kitab haqda heç bir şey bilməsəniz belə “şüur axımı” termini hələ yaranmamışdan əvvəl yazarın əsərdə bu texnikadan istiafdə etdiyini bilməlisiniz. (Tolstoy da “Anna Karnina”romanında oxşar texnikadan istaifdə edib ). “Uliss” eyni zamanda kinayələr, söz oyunları və obrazların uzun düşüncələri ilə bəzənən geniş bir əsərdir.

Niyə oxumalısınız? Yumor: Coys möhtəşəm yumor anlayışına və geniş zehnə malik biri idi. Homerin epik şeirini seks və vücud funksiyaları ilə bağlı zarafatlara uyğunlaşdırması ilə “Uliss”in yumoru formalaşdı. İlk oxunuşda heç nə başa düşməyə bilərsiniz, amma narahat olmayın kimsə sizə romanı tam olaraq başa düşdüyünü deyirsə əmin olun ki, bu yalandır. “Uliss”i oxumaq 8 ya da 9 saat vaxtınızı alacaq. Ancaq araşdırma və qavrama üçün də bir ay ayırmalısınız.

 

“Bülbülü Öldürmək”

Mövzu: Aldadıcı bir sadəliyə sahib olan roman 1930-cu illərdə Alabamada Skot adlı kiçik bir qızın böyüklərin problemlərilə ilk dəfə qarşılaşmasından bəhs edir.Bütün problemrin səbəbi isə irqçilik və qəsəbənin ağdərili insanlarının dəyişməyən kobudluğuna görə baş verir. Hekayə ağdərili bir qadına təcavüz etməklə günahlandırılan bir qaradərilinin və onun vəkilliyini edən Attikusun ətrafında cərəyan edir.

Hazırda irqçiliyin və ədalətsizliyin ən az 1960-cı illərdə olduğu qədər davam etməsi çox pisdir, bu “Bülbülü Öldürmək” romanını oxumağı daha lazımlı edir. Qərəz və ədalətsizliyin altında yatan inanclardan bəhs edən roman yazarın üslubu və axıcılığına görə oxucuya zövq verməyi bacarır. 

Niyə oxumalısınız? – 1950-ci illərdə yazılmış və 1930-cu illərdən bəhs edən kitab axıcı görünməyə bilər, amma nəzərə almalı olduğunuz iki faktor var:

  1. Yenə də modern hiss etdirir: Bəzi aspektlərdən hamımız Skotuq. Onun böyüdükcə yaşadığı təcrübələrdən biri də qəsəbəsidə yaxşı və ədalətli olduğunu sandığı insanların qüsurlu olduğunu görərək məyus olmasıdır. 
  2. Qıfıl:  “Bülbülü Öldürmək” əsəri kimi 50 ildən çox ağıllarda qalmaq bir roman üçün olduqca nadir vəziyyətdir. Harper Linin bunu necə bacardığı sizə maraqlıdırsa 7 saatınızı kitaba ayıraraq oxumağınız lazımdır.

 

“Dərin Yuxu”

Reymond Çandlerin 1939-cu il tarixli kitabına bu cür siyahılarda tez-tez rast gəlməyə bilərsiniz. Nəşrindən təxmini 100 il sonra hələ də bəzi sözləri “dəyərsiz” görülür. Müasir oxucular tərəfindən sevilməməsinin bir çox səbəbi var. Buna səbəb isə  vulqar kəlmələrdən istifadə, həll edilməyən və açıqlanmayan hadisələr, qarmqarışıqlıqdır.

Niyə oxumalısınız?- Ancaq yenə də kitabı oxumaq üçün səbəbləriniz var:

  1. Hazırda rast gəldiyimiz hər Çandlerin detektiv hekayələrin təməlini qoyduğu deyilə bilər. Kitab şiddət və hirsi mövzu alan bir şeir kimi oxunur. “Dərin Yuxu”nu oxumağınız bir neçə saatdan çox çəkməz.
  2. Sadəcə hazır olun: kitabdakı hər sirr həllinə qovuşmur.