Frans Kafka haqqında az bilinən 7 fakt

1650

Böcəyə çevrilən Qreqor Zamzanın yaradıcısı Frans Kafka,  misraları və özünəməxsus xəyal gücü ilə çoxlarının həyata baxışını dəyişdirən yazıçılardandır. Bəs Kafka haqqında nə qədər məlumata sahibik? Kafka ilə bağlı  az bilinən 7 faktı sizə təqdim edirik.
1

Kafka Praqanın hesabına Kafka olur?

Praqada yəhudi bir ailədə dünyaya gələn və 31 yaşına qədər ata evində yaşayan Kafkanın bir çox hekayəsi Praqanın atmosferindən təsirlənərək yazılıb desək yanılmarıq.
2

Kafka yazmağa nə vaxt başlayır?

Kafkanın uşaqlığından bəri yazmağa və hekayə danışmağa böyük marağı olur. Ata və anasının ad günlərində onlar üçün pyeslər hazırlayır, səhnələşdirirdi. Həyatı boyunca yazır, amma çox az kitabı yaşadığı zaman nəşr olunur.
3

Kafkanın qara qutusu kim idi?

Bütün kitablarını ən yaxın dostu Maks Broda verərək "Son istəyim, arxada qoyduğum hər şeyin yandırılmasıdır" mesajını qoyur. Maks bəlkə dostuna xəyanət etmiş sayılır, amma insanlıq üçün böyük bir addım ataraq Kafkanın kitablarının çoxunu nəşr etdirir. Yoxsa "Amerika", "Qala" və "Məhkəmə" romanları çoxdan təbiətə qarışmış ola bilərdi.
4

Oxucu auditoriyası kimlər olur?

Kafka, "Məhkəmə" romanının əlyazmasının bir gün 2 milyon dollara satılacağını eşitsə, daha çox depressiyaya girə bilərdi. Dəyəri ancaq İkinci Dünya Mühribəsindən sonra başa düşülən Kafkanın öldüyü zaman çox kiçik oxucu kütləsi olur.
5

"Atacan, bir dəfə səndən nəyə görə qorxduğumu soruşmuşdun..."

Ədəbiyyata olan marağını dəstəkləməyən atası ilə çətin və qarışıq münasibəti var idi. Aralarındakı münasibət çox əsərinin ilham mənbəyi olsa da 36 yaşında atasına yazdığı 100-dən çox səhifəsi olan məktub belə bu əlaqəni tamamilə açıqlığa qovuşdurmur. "Atacan, bir dəfə səndən nəyə görə qorxduğumu soruşmuşdun. Həmişəki kimi necə cavab verəcəyimi bilmirdim. Çünki həm səndən qorxduğumdan, həm də bu qorxunun çox detallı olmasından danışarkən belə fikirlərimi tam izah edə bilməyəcəkdim."
6

Kafkanın qadınlarla münasibəti

Sözlərlə arası yaxşı olsa da, qadınlarla bağlı bu deyilə bilməz. Özünə qarşı olan inamsızlığı, nevroloji problemləri vəə yaxınlıqla bağlı olan qorxusu onu ciddi münasibətlərdən uzaqlaşdırırdı. Üç dəfə nişanlanır, hətta ikisində eyni qadınla. Amma bəxti gətirmir və heç vaxt evlənmir.
7

Kafka necə öldü?

Vərəmdən qabaq da səhhətiylə bağlı problemləri çox olur: depressiya, miqren, yuxusuzluq, anksiyete. 1924-cü ildə vəziyyəti ağırlaşdıqda boğazındakı acı səbəbi ilə heç cür yemək yeyə bilmir və 3 iyulda aclıqdan vəfat edir.

Cavablandır