Ən gənc şahmat ulduzları

1030

Dörd yaşı olan Mişa Osipovun böyük ustadı məğlub etməsi xəbəri qısa vaxt ərzində bütün dünyaya səs saldı. Əksəriyyət balaca Mişanın bir gün dünya çempionu olacağına inanırdı. Deməli,  şahmat tarixinin ən böyük dahisinin inkişafını öz gözlərimizlə görə biləcəyik? Buna baxmayaraq, gənc şahmat oyunçuları ilə bağlı çox hekayələr var. Buna nümunə olaraq Nikolar Nipi göstərə bilərik. 2008-ci ilin martında ABDSF internet saytında tarixin  ən gənc şahmat ustası ilə bağlı bir hekayə paylaşır. 11 yaşı olan Nikolar bu ünvana layiq görülməsiylə bərabər, 10 ildir, Hikaru Nakamuranın qırılmayan rekordunu geridə buraxır. ABŞ-dakı Şahmat birliyi bu vəziyyəti həyəcanla qarşılayır. Səbəbi məlum idi: bu uşaq Hikarunun rekordunu qırdığına görə, Nakamura 2.0 yolda olmalı idi! Xəbərin paylaşıldığı  məqalənin altında bu cür rəylər var idi: “Şahmatın gələcəyi bu gənc adamdadır”, “Nikolas Nip Axtarılır” və s. Qazandığı şöhrət onu həmin zamanların ən çox izlənən TV verilişlərindən olan “Regis ve Kelly”-ə qədər aparır.

Nikolas Nip ilə keçmiş şahmat çempionu Bobbi Fişer arasında ortaq nöqtələr var idi. Hər ikisi də ən böyük uğurlarından sonra şahmatı buraxır. Bəli, düz oxudunuz. Hazırda 20 yaşı olan Nikolas 11 yaşında şahmatı buraxır və ABDSF  saytının dediyinə görə 2008-ci ildən bəri bir dənə də olsun oyunda iştirak etməyib.

Bütün vaxtların ən çox səs salan uşaq şahmatçılarından biri də Ernest Kimdir. 1950-ci illərin sonunda hər yerdə onun adı var idi. SSRİ zamanında onun haqqında sənədli film çəkilib.

Oyunçunun şəkli o vaxtların ən etibarlı şahmat jurnalına üz qabığı olur:

phpp4eGxV.png

Rəsmin altındakı yazı bu cürdür: “Daşkənd. 6 yaşındakı üçüncü kateqoriya oyunçusu Ernest Kim, ikinci kateqoriya oyunçusu Xurşid Muratov ilə oynayır. Məşqçiləri G.Şah-Zadə izləyir.”

Daşkəndin ustadı Birbragerin 1961-ci ildə yazdığı kitabda Ernest Kimdən ulduz olaraq bəhs edilirdi. Kitabın “Beş yaşındakı çempionlar” adlı hissəsində olan rəsm:

phpIbIOem.png

Şəklin altında bu cür yazılıb: “Gənc Ernestə qarşı oynamaq asan deyil!”

İndi isə Mişa Osipova geri dönək.

php3nKwA1.jpeg

Qırdığı rekordlardan biri heç şübhəsiz öz üzərində yaratdığı böyük həyəcandır. Kütləvi informasiya vasitələri və internetin də təsiri ilə Ernest, Kimi çox geridə buraxır. Əgər valideynləri və müəllimləri bu balaca uşağı ulduz xəstələyindən qoruya bilərsə, böyük şahmat oyunçusu ola bilər. 

Cavablandır