Əfsanəvi səs – Akif İslamzadə

1240

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda, musiqiçi ailəsində dünyaya gəlir. Akif İslamzadə həmişə Bakıya olan vurğunluğunu dilə gətirir. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirən sənətkar ixtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə sonralar, 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayır. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülür.

38 yaşında olarkən Akif İslamzadənin səsinin tutulur və bununla da həm öz karyerasında həm də Azərbaycan mədəniyyətində böyük bir boşluq yaranır. Bunun səbəbi kimi göstərilən bir çox şayiə var. Məsələn, hansısa həkimin səhlənkarlığı ucbatından baş verməsi, soyuqdəymə və s. Öz dediyinə görə isə yorğunluq, davamlı məşqlər nəticəsində bu hadisə baş tutub.

Dahi sənətkarın filmoqrafiyası da çox zəngindir. Bir çox filmdə musiqilərin səsləndirilməsi işinə yardımcı olur.

  1. Qayınana (1978) – Biz Mehriban Ailəyik

2. Qərib Cinlər Diyarında (1977) (5:00)

3. Tənha Tarın Nağılı (1984)

4. Xüsusi Vəziyyət (1986) – Niyə gedirsən?

5. Evləri Köndələn Yar (1982) – Evləri Köndələn Yar

 

Cavablandır