Dostluqla bağlı ən yaxşı 4 film

1430

30 iyul bütün dünyada Beynəlxalq Dostluq Günü kimi qeyd olunur. 

Beynəlxalq Dostluq Günü ilk dəfə 30 iyul 1958-ci ildə keçirilir. 27 aprel 2011-ci il tarixində isə 30 iyul rəsmi olaraq Beynəlxalq Dostluq Günü kimi elan olunur. Ancaq bəzi ölkələr avqust ayının ilk bazar günündə keçirirlər. Beynəlxalq Dostluq Günü fikri ilk olaraq 20 iyul 1958-ci ildə Dr. Artemio Bracho tərəfindən dostu ilə Puetro Pinaskoda axşam yeməyi yedikləri zaman təklif olunur.

Əsas mövzunun dostluq olduğu bir çox film çəkilib. Həmin filmlər arasında olan ən yaxşı 4 filmi sizə təqdim edirik.

Good Will Hunting (Ağıllı Uill Hantinq) (1997) 

Ssenarisini Mett Deymon və Ben Aflekin yazdığı filmin baş rollarında Robin Uilliams da yer alır. Film "Ən Yaxşı Ssenari Mükafatı"na layiq görülüb. Filmdə Uill Hantinq (Mett Deymon) Massaçusets Universitetində çalışan bir xidmətçidir. Eyni zamanda çox ağıllı və öyrənməyi sevən biridir.  Tez-tez qalmaqallara girişir və son davasından sonra həbs olunur. Uillin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Uill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Uill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.

3 Idiots (3 Axmaq) (2009) 

2009-cu ildə yayımlanan, Bollivud filmi olan "3 Axmaq", Hindistanın ən yaxşı mühəndislik məktəbində oxuyan 3 dostun həyatından bəhs edir. Film Ranço Çançed, Farhan Qureşi və Raju Rastoginin hekayələrindən ibarətdir. Raju ailəsini yoxsulluqdan qurtarmaq üçün çalışarkən, Farhan ailəsinin istəyi ilə mühəndis olmağı seçir. Ranço isə makinalara olan böyük həvəsinə görə mühəndis olmağı istəyirdi.

Mary and Max (Meri və Maks) (2009) 

Adam Elliotun yazdığı və rejissoru olduğu "Meri və Maks" animasiya filmi qəribə bir dostluğun hekayəsindən bəhs edir. Meri, Avstraliyanın kənar məhəllələrindən birində yaşayan, məsuliyyətsiz və yoxsul bir ailəyə sahib olan, səkkiz yaşında qız uşağıdır. Balaca qızın danışdığı tək şəxs məktub yoldaşı olan avstraliyalı müharibə veteranıdır.

The Intouchables/1+1 (Toxunulmazlar) (2011)

Filmdə iflic olan bir adam və onun qulluğundan duran gəncin hekayəsindən bəhs edir. Varlı iş adamı və aristokrat olan Flipp, keçirdiyi qəza nəticəsində iflic olur və boynundan aşağısı istifadəsiz vəziyyətə gəlir. Driss isə həbsxanadadn yeni çıxmış bir işsizdir. Flipp 7 gün 24 saat ona kömək edən birini tapır və tapdığı şəxs Drissdir.

Cavablandır