İzlənməsi qadağan olunmuş 5 film

Qorxulu səhnələri ya da tamaşaçıda buraxdığı psixoloji təsirləri səbəbi ilə bir çox filmin izlənməsinə qadağalar qoyulub. Sizə kino tarixində müəyyən zamanlar ərzində, müxtəlif ölkələrdə qadağan edilmiş 5 filmi təqdim edirik: 1. Köpək (1994) Film yeganə olaraq Orxan Fikrətoğlunun ATV-də yayımlanan “Filmin sonu” proqramında verilib. Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Loğman Kərimov, rəssamı Mayis Ağabəyov,...

"Heç vaxt kommersiya barədə düşünmədim. Sadəcə filmimi çəkdim…"

Əlifbanı öyrənmədən film hekayələri hazırlayan, 16 yaşında TV proqramları üçün zarafatlar yazan bir adam düşünün. Kino barədə o qədər həssasdır ki, yazdığı ssenarilər prodüser tərəfindən dəyişdirildikdə böyük bir qərar alır və sadəcə özünün rejissorluq edəcəyi filmlər üçün ssenarilər hazırlamağa başlayır. Rejissorluq, aktyorluq, ssenaristlik edən, ədəbiyyat və musiqi ilə məşğul olan bu adam təbiki Vudi Allendir.

Birinci Dünya Müharibəsinə Açılan Pəcərə

Birinci Dünya Müharibəsinə aid fotolara baxarkən diqqət çəkən şeylər texnologiya möcüzəsi olan silahlar ya da müharibə meydanlarını görmək deyil. İnsanların içində olduğu xaosu görməkdir. Əsgərlərin üzünə baxıb forma ya da vətəndaşlıq görmək əvəzinə, fotolara baxıb onların hislərini, insanlıqlarını görmək fürsəti üçün bizə hədiyyədir. Deməli, yüz il əvvəl üçün açılan bir pəncərədir. Əsgərlər müharibənin məsuliyyətini çiyinlərinə...

Ən yaxşı 5 psixoloji film

Psixoloji filmlər, obrazların emosional vəziyyətinin tez-tez dəyişdiyi, gərginliyin hər keçən saniyə daha da artdığı filmlər sırasındadır. Barama media olaraq sizə film tarixində ən yadda qalan 5 psixoloji filmi təqdim edirik: 1. Döyüşçü Klubu Döyüş Klubunun birinci qaydası: Heç vaxt Döyüş Klubu haqqında danışma! İkinci qayda: Heç vaxt və heç vaxt Döyüş Klubu haqqında danışma! Çak...

Dünyanın müxtəlif ölkələrindən “Analar və sevgi”

Fotoqraf Paskal Mannaerts 10 ildir ki, öz kamerası ilə dünyanı səyahət edir. Fotoreportajları arasında “Analar və sevgi”dən ibarət kolleksiyası da yer alır. Barama media olaraq sizə dünyanın müxtəlif ölkələrindən olan “Analar və sevgi”reportajını təqdim edirik.    Sapa, Vyetnam (2001) “Şimali Vyetnam, Sapa. Bu gün sübh tezdən ayıldım. Vadiyə endim. Hava soyuq və bürküdür. Bölgədəki əsas etnik...

Möhtəşəm tarixin davamı: Mayanın qayıdışı

Magnum Fotoqrafı Tomas Hopker özünü müharibə fotoqrafı olaraq görmədiyini, qarşıdurmaların olduğu, qıtlığın yaşandığı ölkələrdə olmasına baxmayaraq, münaqişə zamanı həmin ərazilərdə olmadığını deyir. Hərbi fotoqrafiyanın asılılıq yaratdığını, bəzi dostlarında bunu gördüyünü dilə gətirən Hopker, fotoqraf bucağından baxıldıqda vəziyyətin narkotik təsirinə bərabər olduğunu açıqlayır. Latın Amerikasında uzunmüddətli vətəndaş müharibəsi 1996-cı ildə sonlanır. Qvatemala mühafizəkar hökuməti və marksist partizan...

Kino tarixində ən yadda qalan 10 siyasi film

Tətillər, zərbələr, dövlət oyunları, etnik ayrı-seçkilik, faşizmə qarşı mübarizə və müharibələr həmişə siyasi məzmunda olan filmlərin əsas mövzusu olub. Bu cür filmləri izləmək çətindir. İzlədikləriniz əhvalınızı dəyişə, təsir edə bilər. Dünyada olub bitənlər və bunları anlamaq o qədər də asan deyil.