Cəhənnəmi Dünyaya Tanıdan Yazıçı

1160

İçəri girənlər, ümidlərinizi çöldə buraxın!

Dante, İlahi Komediya adlı əsərində, Cəhənnəm qapısında bu sözlərin yazılı olduğunu deyir. 14 min 233 misradan ibarət olan "İlahi Komediya" 1320-ci ildə florensiyalı Dante Aligyeri tərəfindən yazılıb. 1265-ci ildə anadan olan Dante həm yazmağı sevir, həm də əczaçı olmaq istəyirdi. Həmin dövrlərdə perqament və ya kağız üzərinə yazılmış sözlərin də dərmanlar qədər zehnə təsir edə biləcəyinə inanılırdı. Buna görə də o zamanlar əczaxanalar da kitab satılırdı.

"İlahi Komediya" yazıldığı gündən bu yana çox ədəbiyyatçıya, rəssama, heykəltəraşa ilham mənbəyi olub. Cəhənnəmin təsvirini dini kitablardan çox Dantenin əsərində gördük. Botiçelli, Bleyk, Delakrua və Dali bu təsvirləri rəsmlərində, Rodin isə heykəllərində əks etdirib. Bəziləri tərəfindən "İlahi Komediya" "ən böyük ədəbi əsər" olaraq adlandırılır. Məşhur ingilis ədəbiyyatçı Tomas Eliot bu cür deyirdi:

"Dante və Şekspir dünyanı öz aralarında paylaşıb. Üçüncü biri yoxdur."

 

Cəhənnəmə ziyarət

Dante, "İlahi Komediya"ya Cəhənnəmə səyahətlə başlayır. Sonra antik Romanın şairi Vergilin qeydləri arasında olan Arafa, daha sonra isə aşiq olduğu, amma erkən yaşda vəfat edən Beatris ilə Cənnətə gedəcək. Dantenin Cəhənnəm, Araf və Cənnət təsvirində xristianlıqdan əlavə Yunan və Roma miflərini də duya bilərik. Real dünya tarixi teologiyayla qarışıb. Şeytanın üç ağzı var: birində İsaya xəyanət edən İuda, digərləri isə Sezara xəyanət edən Brut və Kassiusdur.

İntizar

Tarixə, miflərə və müqəddəs kitablara göndərdiyi mesajlarla Dante, əslində siyasi məsələlərə də rəy bildirməklə başına gələnlərin intiqamını alır. Piza xalqı üçün dilədiyi "içində yaşayanlar, sularda boğulsa" olacaq. Genuyalılara bu cür səslənəcək: "Ey genuyalılar, yolunu bilməz şər yüklü insanlar, hələ də nə işiniz var yer üzündə?"  Dante, haqsızlıq edənlərə qarşı yaratdığı cəzalarda da olduqca yaradıcıdır. Rüşvətxor siyasətçiləri "yapışqan meydançanın qaynadığı çuxurlara" doldurur. 

Müasir italiyancaya töhfə 

Dante bu əsərini yazarkən İtaliyadakı bütün ədəbi əsərlərin yazıldığı dili-latıncanı yox, Tuskan dilinin Florensiya ləhcəsindən istifadə edib. "İlahi Komediya" elə məşhur olur ki, bu ləhcə yayılaraq hazırki italyan dilinə də təsir edir və Florensiya İntibah mərkəzi halına gəlir. Bütün bunlar Reformasiya və Aydınlanma çağlarına da yol açır. Protestantlar İncili hər kəsin öz dilində oxumasını müdafiə edir və nəticədə yaranan fikirlərlə Roma Katolik Kilsəsindən qopmalar olur. Dante də əslində öz əsərində təqdim etdiyi kosmologiya ilə bunu edib.

Ağlın yolu

İncildə olan boşluqları özünə görə dolduraraq, beləcə İntibahı və Klassik fəlsəfəyə dönüşə işarə edir. Dantenin Cəhənnəm təxəyyülü, Aristotelin həyatda ən vacib şeyin ağıl olduğu fikrindən ilhamlanıb. Cəhənnəmin hər mərtəbəsi və onlara rast gələn Yeddi Ölümcül Günah əslində ağlın istifadə edilməməsi və ya ağıla edilən şüurlu zərbə nəticəsində meydana gəlib.

Ədalət

Dante, xristian dinindən olmayanlara qarşı da olduqca ədalətli idi. Məsələn, kapitan Səlahəddini Xristianlığa inanmayan, amma adil olanların göndərildiyi Arafda xəyal edirdi. Hətta ədalətli olan, amma İsadan xəbəri olmadığı üçün xristianlığı seçməmiş olanların Cənnətə getməsinə icazə verirdi. 

"İlahi Komediya" Qərb tarixinin dayaqlarından biridir. Bu əsərin ədəbi və dini ifadələri, paqanizmlə xristianlığı, keçmişdə yaşanmış olan ilk gələcək müasir dünyanın DNT-lərini bir yerə gətirdiyini görürük. "İlahi Komediya" bəlkə də həyatın mənasına aid cavab deyil, amma Qərb ədəbiyyatının "hər şeyin nəzəriyyəsinə" ehtiva edir.