Azərbaycan dünyanın 60 ölkəsində keçirilən startap proqramında!

2310

“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2018 startap proqramını elan edir!

Elə indi “Creative Business Cup Azerbaijan” – a müraciət etməklə Azərbaycanı 2018-ci il Noyabr ayında, Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Creative Business Cup – ın Dünya Finalında təmsil etmək şansını qazanın!

Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir. İndi isə gəlin “Creative Business Cup” proqramı ilə daha ətraflı tanış olaq.

Kimlər bu proqramda iştirak edə bilər?

Innovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim və s. peşənizdən asılı olmayaq “Creative Business Cup” bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır.

Hansı ideyalarla müraciət etmək olar?

Proqrama aşağıdakı sahələrdən istənilən birinə aid hər hansı bir innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. (kateqoriyalar düzgün mənalarını itirməməsi üçün ingilis dilində verilmişdir)

Advertising | Architecture | Craft & Artisan | Antique markets | Design | Experiences technologies | Fashion | Film, Video & Photography | Gastronomy | Leisure Activities | Music | Visual and Performing Arts | Publishing | Radio & Television | Software, Computer Games & Electronic | Publishing (for Creative Industries) | 3D Printing maker | Toys & Games

Proqrama qəbul olan layihələri dünya finalına qədər nə gözləyir?

“Creative Business Cup” 4 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Kamp (Bootcamp) – 18 – 19 Avqust, 2018

Azərbaycan üzrə nəticələrə görə, “Creative Business Cup” proqramına qəbul olunan 10 startap komandası / layihə ekskluziv olaraq CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv pre-akselerasiya proqramı – 20 Avqust – 17 Sentyabr, 2018

İki günlük bootcamp bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən “Creative Business Cup” – ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar.

Mərhələ 3: Ölkə Finalı – 20 Sentyabr, 2018

Ölkə daxili koçinq sessiyalarından sonra komandalar “Creative Business Cup” – ın təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 60+ ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası 2018 – ci ilin Noyabr ayında Danimarkanın, Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqdır.

Mərhələ 4: “Dünya Finalı” – Kopenhagen, Danimarka, Noyabr 2018

Hər bir ölkənin qalib startap komandası Dünya Finalında bir yerə toplanacaq və Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Dünya Finalında dünyanın 60-dan çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda qalib startapımız ölkəmizin uğuru üçün yarışacaq.

Nə qazanacaqsınız?

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap pre-akselerator proqramı çərçivəsində proqres edərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar!

CBC Azərbaycan Finalının mükafatları:

– “Cleantech” nominasiyasının qalibi: CLP Azərbaycan 2019-a birbaşa çıxış
– Gastronomiya nominasiyasının qalibi: VentureBattle 2018-ə birbaşa çıxış
– Spacetech nominasiyasının qalibi: Spacetech Accelerator 2018-ə birbaşa çıxış
– Ən yaxşı qadın sahibkar (startapçı) CBC Azərbaycan sponsoru olan Microsoft-dan notbuk qazanacaq.

CBC Global Finalının mükafatları:

– Birinci yer: € 7,000 avro,
– İkinci yer: € 3,500 avro,
– Üçüncü yer: € 1,500 avro.

– 4 fərqli mövzu mükafatı (cəmi: € 17,000 avro),
– Dünya finalında Azərbaycanı təmsil edəcək startap komandasının bütün xərcləri qarşılanır!

Son müraciət tarixi: 10 Avqust, 2018

Müraciət forması: https://platform.younoodle.com/competit…/cbc_2018_azerbaijan

Bir daha qeyd edək ki, “Creative Business Cup” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” innovasiya mərkəzidir. “Sil.” innovasiya mərkəzinin əsas tərəfdaşı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir. Proqramın Media tərəfdaşları Technote Media və Edumap təşkilatlarıdır.

Suallarınız olarsa “Creative Business Cup Azerbaijan” və ya “Social Innovation Lab” facebook səhifələrinə yaza bilərsiniz və ya +994558356538 nömrəsinə zəng vuraraq suallarınızı verə bilərsiniz.

 

 

Cavablandır