Aynur Kərimova

2320

Televiziya və Radio Jurnalistikası kafedrasının dosenti

2017-ci il bu günə kimi Barama Media prodakşnın rəhbəri

Aynur Kərimova Televiziya və radio jurnalistikası kafedrasının müdiri kimi fəaliyyət gostərib. Bu  illər ərzində televiziya jurnalistikası tədrisinə yeniliklər gətirmişdir, bir –neçə layihə çərçivəsində tədris proqramlarının yenidən işlənməsinə başlanmışdır. BDU Radio və BDU TV kompleksini yaratmış və internet yayıma başlamışdır. BDU Elmi Şurasının qərarı ilə 9 aprel 2013-cü il və 2014-cü illərdə  Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri namizədi Aynur Kərimova “İlin kafedra müdiri” mükafatına layiq görülüb. 2014 cü il yanvarında BBC Media Action-la birgə Bakıda Reporting the  EU  Reporting  elmi –praktik konfransın təşkilatçısı olub.Artıq üç ildir Təhsil nazirliyinin Media və təhsil dialoqu konfransının əsas məruzəçilərindəndir.

2014 cü il Təhsil Nazirliyi tərəfidən Qabaqcıl Təhsil İşçısı döş nişanı ilə təltif olunub. 2015 ci ildə BDU Elmi Şurasının qərarı ilə İlin Kafedra Müdiri seçilib.

2008-2012-ci illərdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Sosial-analitik araşdırmalar şöbəsinin müdiri olaraq çalışıb, Azərbaycan-Fransa birgə Tvinninq layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi olub.

2007-ci il may 

“Qafqaz Media Tədris Mərkəzi”nin təşkil etdiyi “Yeniliklərin hazırlanma texnoloqiyası” beynəlxalq kursların koordinatoru və baş mühazirəçisi

2007-çi il yanvar 

“Qafqaz Media Tədris Mərkəzi”nin təşkil etdiyi “Televiziya reportajı”

kurslarının təşkilatçısı  və baş mühazirəçısı

2006-cı il – Media Müxtəlifliyi İnstitutunun (Böyük Britaniya,London) keçirdiyi media müxtəlifliyinin işıqlandırılması problemlərinə həsr olunmuş elmi-praktik  konfransda (İstambul-2006) Azərbaycan nümayəndiliyinin mühazirəçisi

2006-cı il- “İnternyus”un  reqional televiziyalara professional yardım məqsədilə təşkil etdiyi praktik seminarlarda mühazirəçi

2006-ci il– BDU –nun “Amerikaşünaslıq mərkəzi”nin təşkil etdiyi “Çap mediasında xəbərləşmənin əsasları” kurslarında Kolorado Universitetinin müəllimi Duqlas Kosperlə  birgə həmməruzəçi

2005-ci il – Fransa səfirliyinin təşkil etdiyi “Televiziyada informasiya buraxılışının hazırlanma texnoloqiyasi” seminarının iştirakçısı

2012ci ildən – 2017-ci ilədək  Bakı Dövlət Universiteti –Televiziya və radio jurnalistikası kafedrasının doktorantı – doktorluq işi mövzusu «Audiovizual və yeni media qurumlarının menecmenti : KİV-ə yaradıcı rəhbərliyin əsasları və prinsipləri»

2012ci ildən – 2017-ci ilədək  Bakı Dövlət Universiteti –Televiziya və radio jurnalistikası kafedrasının müdiri

1994-cü ildən 2012-ci ilədək

Bakı Dövlət Universiteti –Televiziya və radio jurnalistikası kafedrasının baş müəllimi

1991-1994

Bakı Bövlət Universiteti -Televiziya və radio jurnalistikası kafedrasının aspirantı

1986-1991 

Bakı Bövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi. Təhsili qırmızı diplomla başa vurub.

BDU 

Televiziya və radio Jurnalistikası kafedrasının müdiri olaraq həyata keçirdiyim layihələr 

2012-2017

2012-ci il – British council və Paşa Bankın   “Jurnalistikada yeni nəsil” layihəsi. Uç mərhələli bir illik layihə.100 nəfərin arasından seçilən 20 tələbə Britaniya jurnalistlərinin keşirdiyi 3 aylıq təlimlərdə iştirak etdikdən sonar  10 ən yaxşı gənc tələbə jurnalist Londonda 10 günlük təlimlərə getdilər. BBC,  Guardian, Financial Times kimi media şirkətlərində oldular.

2013-cü il TIKA ilə layihələrə start verildi. Layihənin əsas məqsədi jurnalistika fakültəsidə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdi. Layihə çərçivəsində Televiziya və radio Jurnalistikası kafedrası üçün müasir studiyaların yaradılması haqqında araşdırma və müzakirələr başlandı.

2014- cü il Avropa Şurasının “Azərbaycanda Jurnalistika Təhsilinin İnkişafına Dəstək ” Layihəsinə qoşulduq, layihə çərçivəsində tədris planlarının yenilənməyinə start verildi.
2014-
cü il birinci kursa daxil olarkən ən yüksək bal toplamış  10 tələbə- jurnalist  Turkiyənin aparıcı media orqanlarında- TRT-də, Anadolu agentliyində, müxtəlif qəzet redaksiyalarında,Anadolu radiosunda təcrübə keçdilər.

2014-cü ildə təşəbbüsümlə ilk dəfə olaraq jurnalistika fakültəsində İngilis bölməsi  yaradıldı. Üç il ərzində bu bölmənin kuratoru oldum və müəllimləri yalnız xüsusi sərt kriterilərlə seçdim. Bu bölmədə  ilk il 5, ikinci il 8, üçüncü il artıq 18 nəfər təhsil alır.

2015-ci il jurnalistika fakültəsinin 30 əməkdaşından 15 nəfəri  bir ay ərzində Turkiyəyə əsas  jurnalistika fakültələrini əhatə edən böyük işguzar səfərə getdilər. Səfərdə TRT-nin genel müdiri, Universitetlərin rektorları ilə səmərəli görüşlər keçirildi

2016-ci il BDU-da Tədris tele-radio studiyası kompleksi  acildi. BDU-Radio internet radiosu müntəzəm yayıma başladı.

2016-ci il respublikanın ən böyük mobil operatoru  Azercelle memorandum imzalandı və jurnalistika fakültəsində “Barama” media mərkəzi kompleksi açıldı.Mərkəz minimal tele və radio studiya avadanlığı ilə təmin olundu.

2016-ci il- 6 magistr Türkiyədə TRT – də bir aylıq professional təlim keçdilər.Onların topladığı təcrübə BDU radionun fəaliyyətinin qurulmasına sərf olunmağa başladı.Bu 6 magistr müstəqil olaraq online radionun fəaliyyətini təmin etdilər.

2016- cı il Amerika səfirliyi ilə səmərəli əməkdaşlığın nəticəsi olaraq hər il Amerikanın müxtəlif universitetlərindən Fulbright proqramı üzrə professorlar dərslər deməyə başladılar.

2017-ci il – iki yeni magistr ixtisası “Media və kütləvi kommunikasiya” və “Televiziya və radio yayımları menecmenti” açıldı.

Sadalananlardan əlavə mən elmi fəaliyyətimi davam edirəm. 2007-ci ildə “Azərbaycan televiziyasının beynəlxalq əlaqələri” adlı  dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi dərəcəsini almışam . Respublikada onlarla elmi məqaləm, 1993-cü ildə “Susqu” adlı kitabım, 2007- ci ildə ”Xəbərçilik” adlı dərsliyim nəşr olunub. Respublika mətbuatında yazılarım dərc olunur.

Jurnalist kimi ilk dəfə efirə Azərbaycan Televiziyasının “40-cı qapı” adlanan eksperimental verilişində çıxmışam. Sonradan elə həmin efirdə diktorları əvəz edərək, rəsmi xəbərlər  proqramını aparan ilk jurnalist olmuşam.

“Press-Fakt”,”Azərbaycan ” qəzetlərində köşə yazarı kimi  orijinal yanaşma tərzi, özəl ifadə tərzi olan müxtəlif  materiallarla çıxış etmişəm

Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. BDU-nun jurnalistika fakültəsində televiziya və radio üzrə öz xüsusi kurslarımı aparıram. Bu kurslarda yeni, innovasiya təhsil üsullarını həyata keçirirəm. Tələbələrə praktik vərdişləri aşılamağa xüsusi diqqət yetirirəm.

Cavablandır