Avstraliyaya səyahət etmək üçün 5 səbəb

910

Şübhəsiz Avstraliya dünyanın ən cəlbedici və inkişaf etmiş ölkələrindən biridir. Avstraliyaya səyahət etmək üçün 5 böyük səbəbi sizə təqdim edirik.

 

1. Təbii möcüzələri

Bəziləri mistik, bəziləri isə qəribə və tamamilə gözəldir, lakin bir şey dəqiqdir – Avstraliya nadir, möhtəşəm təbii möcüzələrə sahibdir. Avstraliyada gediləcək möhtəşəm yerlər arasında Te-Pinnakls, Freyzer adası, tropik müxtəlifliyi ilə Kakadu Milli Parkı, Banql-Banql qumdaşı sahəsi var. Mavi dağları da unutmamalıyıq.

 

2. Yaşam tərzləri

Təbii incəsənət səhnəsi və sakinlərinin mədəni müxtəlifliyi, cəlbedici təbiəti və həyatın yüksək keyfiyyəti ilə yanaşı, xüsusi atmosferi Avstraliyanı gözəl, qonaqpərvər bir ölkə halına gətirir. Aussilərin rahat həyat tərzinə, liberal düşüncələrinə və ya açıq hava fəaliyyətlərinə olan sevgilərinə söz ola bilməz.

 

3. Çimərlikləri

Avstraliya planetin ən yaxşı plajlarına ev sahibliyi edir. Sahil xətti hardasa 37000 km-ə qədər uzanan ölkədə axtardığınız hər şeyi tapa bilərsiniz. Ən gözəl çimərlikləri arasında Keybl, Hyams (dünyanın ən ağ qumuna sahib olması ilə məşhurdur), möhtəşəm dalğaları ilə əfsanəvi Kira, Dörd Mil, Böyük Sədd Rifi yaxınlığındakı Ağ Cənnət, həmçinin Sidneyin Şelly plajı yer alır.

 

4. Macərapərəstlərin cənnəti

Avstraliya macərapərəstlər üçün cənətdir. İstər ölkə xaricindəki vəhşi təbiəti kəşf etmək olsun, istər sahil xəttində sörf etmək olsun, bu cür fəaliyyətlər üçün ən ideal məkan Avstraliyanın əvəzolunmaz təbiətidir.

 

5. Parıltılı şəhərləri

Avropadan daha böyük bir əraziyə və inanılmaz dərəcədə az əhali sıxlığı sahib olan Avstraliyada əhalinin 85% -i şəhərdə yaşayır. Sahilboyu yaşayanları da qeyd etsək, yanılmarıq.

Cavablandır