“Farenheyt 451” haqqında bilinməyənlər

2760

“Farenheyt 451”, Rey Bredberinin 1951-ci ildə nəşr olunan romanıdır. Əsər kitabların yanğınsöndürənlər tərəfindən yandırıldığı, sadəcə televiziyada beyin yuyucu şouların izləndiyi və kitab oxuyaraq düşünən insanların yox edildiyi bir gələcəkdə cərəyan edir.

1. Bredberinin kitabı yazmağa qərar verməsinin maraqlı hekayəsi var.

Bredberi bir gecə dostu ilə bərabər gəzərkən polis məmuru tərəfindən saxlanılır. Polis onlardan nə etdiklərini soruşduqda: “Ayaqlarımızın birini digərinin önünə qoyuruq”, – deyə cavab verir. Eyni sualı təkrarladıqda isə: “Hava alırıq, danışırıq, müzakirə edirik və gəzirik”, – deyir. Məmur: “Deməli sadəcə gəzirsiniz?”, – deyə soruşduqda isə Bredberi bu sualı başı ilə təsdiqlədiqdən sonra polis: “Yaxşı, bir daha etməyin”, – deyərək uzaqlaşır.

 

2. Bu hadisədən sonra Bredberi, gəzməyin qadağan olduğu və gələcək zaman üçün planladığı “Piyada”nı yazmağa qərar verir.

Başına gələn bu hadisə əvvəlcə yanğınsöndürən hekayəsinə, daha sonra isə fərqli bir mərhələyə keçir. Və maddi vəziyyəti yaxşı olmadığına görə təsadüf nəticəsində kəşf etdiyi kirayə götürdüyü yazı makinası otağında yığdığı pullardan istifadə edərək romanını yazmağa başlayır.

 

3. Rey Bredberi, “Farenheyt 451″in qazandığı uğuru isə Hyu Hefnerə borcludur.

Dövrün siyasi vəziyyətinə görə kitabı nəşr etmək üçün jurnal tapmaqda çətinlik çəkirdi. Kişi jurnalı olan “Playboy”un sahibi Hyu Hefner Bredberinin qarşısına çıxır və yayınlamaq şərti ilə kitabı satın alır. Həmin dövr üçün cəsarət tələb edən bu hərəkət Bredberini dünya ədəbiyyatına qazandırır.

 

4. Romanda, insanların kitablardan və beləliklə də bilgidən uzaqlaşdırıldığı bir cəmiyyətdən bəhs edilir.

İnformasiyasız cəmiyyətin diktator rejimində idarə olunması çox asandır. Bunu bacarmağın ən yaxşı yolu kitabların yandırılmasıdır. İnsanların beyinləri divarları iri ekranlarla örtülü evlərində sadəcə dövlətin əli ilə yayımlanan seriallarla, xəbərlərlə yuyulmaqdadır.

 

5. Hadisələrin baş verdiyi dünyada bir vaxtlar hər şey normal idi, yanğınsöndürənlərin işi kitab yandırmaq olana qədər.

Yanğınsöndürənlər bir vaxtlar yanğına ilk müdaxilə edənlər idi, amma artıq yanğını onlar törədirlər. 

 

 

6. Kitabın əsas qəhrəmanı olan Guy Monteq gələn şikayətlərlə evləri basan, alov püskürdərək kitabları və evləri yandıran yanğınsöndürmə qrupunun 10 illik üzvüdür.

Kitabları nəyə görə yandırdığını, daxilində olduğu sistemi bir an belə olsa düşünmür. Həyatına  yoldaşı Mildred ilə davam edir.

 

7. Bir gecə işdən qayıdarkən qonşuluqlarında olan Clarisse ilə qarşılaşıb söhbət etməyə başladıqdan sonra isə həyatı dəyişir.

Clarisse, Monteqə bu ana qədər düşünmədiyi, görə bilmədiyi bir dünyanın qapılarını açır. Həyatındakı bütün yanlışlar, doğrularla yer dəyişdirməyə başlayır. Monteq artıq bu yoldan qurtulmaq üçün böyük bir axtarışın içindədir.

 

8. Aradan illər keçdikdən sonra Rey Bredberi kitabının yanlış anlaşıldığını açıqlayır.

Kitabı, McCarthy dövründəki senzura və avtoritar dövləti tənqid etməkdən əlavə televiziyanın ədəbiyyata, kitab oxumağa olan marağı necə yox etdiyini və bu mövzudakı əsl günahkarın da dövlət yox, xalqın özü olduğunu göstərmək üçün yazdığını deyir.

 

9. Kitabın adı hardan gəlir?

Kitabın adı, yəni “Farenheyt 451” kitab kağızlarının yanaraq alovlandığı istilik dərəcəsidir. 

 

10.Filmin rəsmi treylerini buradan izləyə bilərsiniz:

Kitab əsasında 1966-cı ildə çəkilən eyniadlı filmdən əlavə, 2018-ci ildə baş rolunda Maykl Bakari Cordanın oynadığı eyniadlı film yenidən çəkilir.