"30 yaşına çatmamış heç bir şey yayımlamayın…"

1790

Kim Virciniya Vulf kimi yazmaq istəməz ki?  Həm yazıçı , həm naşir olan Vulfun möhtəşəm ədəbiyyat nümunəsi yaratmaq haqqında bir çox fikirləri olub. Xoşbəxtlikdən həmin fikirlərini məqalələrində, məktublarında yazır və  paylaşır.

Roman yazmağa obrazı tapmaqla başlayın.

"Mənə görə bütün romanlar yolun digər tərəfindəki yaşlı bir xanımla başlayar. Yəni bütün romanların təməli obrazlara bağlıdır və onun formasını dəyişdirən, onu inkişaf etdirən, musiqi oxumaq ya da İngiltərə İmperiyasına mədhiyyələr düzmək yox, həmin obrazları necə ifadə etməkdir."

Adət-ənənəyə qarşı çıxın.

"Yaxşı yazıçı onu maraqlandıran və hərəkətə keçirən şeyləri daha dərindən qorumağa çalışır. Roman yazıçılarında müşahidə etdikləri adət-ənənəni gözardı etsə belə. Atomların beyinə hansı şəkildə çatdıqlarını qeydə alaq, görünüşdə nə qədər əlaqəsiz və tutarsız görünsə də onu təqib edək".

“Modern Fiction” yazısından

Özünüzü çox əhəmiyyətli hiss etməyin.

"Romantizm dövrü bitdi. Realizm dövrü başladı. Bu cür şeyləri bilirsiniz. Hazırda yazıçılar bütün bunların içində bircə dənə doğru sözün olmadığını bilirlər. Müharibələr, cinayətlər, məğlubiyyətlər, uğurlar yox. Yazıçıların da qəbul etdiyi kimi ən vacib olan şey oxucuların həzz almasıdır. Biri liderlik edir, digərləri onu izləyir. Biri romantik, digəri realist. Bütün bunları sadəcə zarafat olaraq görürsünüzsə, zərəri yoxdur. Özünüzü daha təvazökar, daha az diqqət çəkən biri olaraq düşünün. Özünüzdə Çoserin, Şeksprin izini, Draydenin, Tennisonun və bütün dəyərli şairlərin bir parçasını himayə edin. Qanınıza qarışmalarına, bəzən qələminizi sağa ya da sola oynatmalarına icazə verin".                                                                                                     

"A Letter to a Young Poet", 1932

Amma ədəbiyyat əhəmiyyətlidir.

"Hərb və Sülh"’, "Karamazov Qardaşları"  kimi əsərləri ilə eyni cərgədə dura biləcək başqa bir kitab yoxdur. Flober kələmi mənalandıracaq ifadəni tapmaq üçün 1 ay düşünür. Tolstoy "Hərb və Sülhü" 7 dəfə başdan yazır. Onların üstün olmalarının səbəbi çəkdikləri əziyyətdir".

“The Art of Fiction” yazısından

Oxuya bildiyiniz qədər oxuyun və sonra özünüz haqda yox, başqası haqqında yazın.

"Yazmaq sənəti kiminsə yardımına sahib olmaq və dildəki hər sözü deyə bilmək, rənglərini, səslərini, ifadə edə biləcəklərindən daha artığını tövsiyə etmə sənəti bir mərhələyə qədər oxumaqla öyrənilə bilər. Çox oxumaq mümkünsüzdür, amma insanın özünü yox, fərqli birini düşünərək oxuması çox daha güclü və təsiredicidir. Əgər sadəcə bir şəxs haqqında yazsanız, yazmağı necə öyrənə bilərsiniz ki?"
"A Letter to a Young Poet", 1932

Oxucuyla ortaq məxrəcə gəlin.

Həm həyatda, həm də ədəbiyyatda bir tərəfdən ev sahibi və bilinməyən qonaq, digər tərəfdənsə yazıçı və bilinməyən oxucu arasına keçid yaratmaq lazımdır. Ev sahibi hava haqqında düşünür, çünki bilir ki, bu hər kəsin maraq dairəsindədir. May ayının bizə pis təsir etdiyini deyərək mövzuya girir və beləliklə, bilinməyən qonaqla əlaqə yaratmış olur, ardınca da daha maraqlı mövzulara keçid edir. Bu ədəbiyyatda da belədir. Yazıçı oxucuyla münasibət qurarkən əvvəla onun bildiyi bir mövzunu ortaya atır, bu da oxucunun xəyal gücünü işə keçirir.

“Mr. Bennet və Mrs. Braun” yazısından, 1924

Həqiqət və gözəllik axtarışı.

"Sözlər, ingilis dilində olan sözlər əks-sədayla, xatirələrlə doludur. İnsanların dodaqlarında, evlərində, küçələrdə gəzib dolanırlar. "Qırmızı" sözünü, "sonsuz dənizlər"i ("Maqbet", səhnə II) xatırlamadan istifadə etmək mümkündür? Qədim zamanlarda ingilis dili yeni bir dil idi. Yazıçılar yeni sözlər kəşf edərək, istifadə edirdilər. Hələ də yeni sözlər kəşf etmək mümkündür, amma onlardan istifadə edə bilmirik çünki dil artıq köhnəlib. Söz tək ya da ayrı deyil, digər sözlərin bir parçasıdır. Əslində bir cümlənin parçası olana qədər söz belə deyil. Sözlər bir-birinə aiddir və sadəcə yaxşı bir yazıçı "qırmızı"nın "sonsuz dənizlər"ə aid olduğunu bilir. Yeni sözləri köhnələriylə qarşılaşdırmaq cümlənin konstruksiyasına ziyan verir. Yeni sözləri düzgün istifadə etmək üçün yeni bir dil kəşf etmək lazımdır və heç şübhəsiz bu, indiki zamanın işi deyil. Bizim işimiz ingilis dilinin hazırki halıyla nələr edə biləcəyimizə baxmaqdır. Köhnə sözləri itirmədən yeni sistemə necə adaptasiya edə biləcəyimizi görmək və beləliklə, həqiqəti demələrinə imkan yaratmaqdır. Əsas məsələ budur."
BBC-də yayımlanan “Craftmanship” yazısından, 20 Aprel 1937

Dünyanı mənalandırmaq üçün ritmdən istifadə edin.

"Cəsarətinizi toplayın, təbiətin bəxş etdiyi bütün nemətlərdən kömək istəyin. Sonra da ritm duyumunuzun qadınlar və kişilərin, avtobusların, sərçələrin, bunların hamısını uyğun bir bütün halına gətirməsinə icazə verin. Nə ritm nə də həyat dedikdə nə demək istədiyimi bilmirəm və böyük ehtimal nələrin şeirdə düzgün uyğunlaşa biləcəyini söyləyə bilmərəm. Bu ancaq sizin işinizdir. Bir qısa bir uzun heca ölçüsündən yunan və latın ölçüsünü də çıxara bilmərəm. Bu səbəblə qədim və sirli sənətinizdəki ayinləri necə dəyişdirəcəyinizi və inkişaf etdirəcəyinizi deyə bilmərəm."
"A Letter to a Young Poet", 1932

Metodologiyanı unudun, sizə lazım olandan istifadə edin.

"Kənarda duraraq "metodları" analiz etmək hər vəziyyətdə səhvdir. Əgər biz yazıçıyıqsa, ifadə etmək istədiyimizi ifadə edən, əgər oxucuyuqsa yazıçının məqsədinə yaxınlaşdıran hansısa metod doğrudur. Sərhədi yoxdur. Heç bir şey, heç bir "metod", heç bir təcrübə, ən şiddətliləri belə qadağan deyil. Sadəcə yanlışdır ya da fərziyyədir. "Uydurmanın uyğun növləri" deyə bir şey yoxdu. Hər hiss, hər düşüncə, beynin və ruhun istifadə etdiyi hər bir xüsusiyyət onun növü ola bilər."

“Modern Fiction” yazısından

Yayımlamaq üçün tələsməyin.

"30 yaşına çatmamısınızsa, heç bir şey yayımlamayın. Bunun çox vacib bir nüans olduğundan əminəm. Oxuduğum şeirlərdəki səhvlərin çoxu, gənc yaşda yayımlananlardır. Şair güclü və zəkalı bir cəmiyyət üçün yazır, amma on il müddətində başqası üçün yox, özü üçün yazsaydı, daha yaxşı ola bilərdi! Nəticədə 20-30 yaş emosianal həyəcanın yaşlarıdır. Yağış damcıları, çırpılan qanadlar... Xatırladığım qədər ən adi sözlər və düşüncələr insanı böyük sevinclərdən, dərin kədərlərə çatdıra bilər. Yazın, cavankən yazın, nə düşünürsünüzsə yazın! Axmaq olun, emosional olun, sevin, əsəbiləşin! Təzyiq altında tuta bildiyiniz, yarada bildiyiniz hər bir sözü alın, hansı ölçüdə olur olsun, nəzmdə, nəsrdə istifadə edin. Yazmağı bu cür öyrənəcəksiniz. Buna baxmayaraq yayımlanarsa, azadlığınız idarə edilər, insanların nə dediyini fikirləşəcəksiniz, özünüz üçün yox başqaları üçün yazacaqsınız. Yaxşı, bəs bu halda ilahi hədiyyənizi, təcrübə məqsədli 2-3 kitab yayımlamaqla əngəlləməkdə məqsəd nədir? Pul qazanmaq? Təbiki bu deyil. Tənqid eşitmək? Dostlarınız əlyazmalarınızı tənqidçilərdən daha ciddi və yaxşı analiz edə bilər. Əgər şan-şöhrət üçündürsə, xahiş edirəm məşhurlara bir baxın. Onların peyğəmbər kimi dolaşmaqlarına baxın. Ən yaxşı şairlərin anonim olduğunu xatırlayın. Şeksprin şan-şöhrətlə necə maraqlanmadığına baxın."

A Letter to a Young Poet, 1932

Sonuncu və ən vacibi, özünüzə aid bir otaq tapın.

""Qadınlar və bədii ədəbiyyat başlığı", bəlkə sizin də düşünə biləcəyiniz kimi, "qadınlar və nəyə bənzədikləri" mənasında ola bilərdi. Yaxud "qadınlar və onların yazdığı uydurma əsərlər" ya da "qadınlar və onlar haqda yazılan uydurma əsərlər" olaraq başa düşülə bilərdi. Nəticəni düşünməyə başladıqda, çox keçmədən onun təhlükəli ola biləcək bir tərəfini gördüm. Heç vaxt nəticə əldə edə bilməyəcəkdim. Əgər bir qadın uydurma əsərlər yazacaqsa, onun pulu və özünə aid bir otağı olmalıdır. Bu da qadının və bədii ədəbiyyatın təbiətinə aid olan problemi həll olunmasına şərait yaratmır. Mənə görə qadın və bədii ədəbiyyat həll olunmamış problemlərdən biridir".

Cavablandır