2018-ci ilin ən yaxşı səyahət fotoları

790

“National Geographic”in keçirtdiyi müsabiqədə ilin ən yaxşı səyahət fotoqrafları seçilib. Barama media olaraq həmin yarışmanın qalibləri və çəkdikləri fotoları sizə təqdim edirik.

 

1. Su Pərisi (Reyko Takahaşi)

Takahaşi: Yaponiyanın Kumejima adasında ilk günüm idi. Şnorkel zamanı bala balinayla qarşılaşdığım üçün çox şanslıydım. Çox vaxt bala balinalar analarına yaxın olur. Balaya, onun enerjisinə və gözəl quyruğuna aşiq oldum. 

Kateqoriya: Təbiət
Yer: Kumejima, Yaponiya

 

2. Flaminqolar (Hao J.)

Tanzaniyadakı rəngli Natron gölündən minlərlə flaminqonun çıxdığı müşahidə edilir. Yürüşdən əvvəl sürəti artırmaq üçün qaçırlar. Onların uzun, qırmızı ayaqları göl səthində su dalğaları yaradır. Helikopterdən aşağı baxarkən, bu dalğalanma xətləri nəhəng su bitkiləri kimi görünür. Bu foto helikopterdən çəkilib.

Kateqoriya: Təbiət
Yer:Natron, Tanzaniya

 

 

3. Mars (Marko Grassi)

Büyük daşlarla əhatələnən təbii qum qüllələri, Yerin Platten piramidaları kimi tanınır. Onlar Şimali İtaliyanın Cənubi Tirol regionunda yerləşirlər. Əsrlər əvvəl baş vermiş fırtına və torpaq sürüşməsindən sonra yaranmış bu quruluşlar mövsümdən asılı olaraq dəyişikliklərə məruz qalır.

Kateqoriya: Təbiət
Yer: Bruniko, İtaliya

 

4. Formalaşma (Niklas Veber)

Niklas Veber: Kosta Rikadakı Rio Grande de Tarkolsa gəldikdə timsahların necə cərgəyə düzüldüklərini gördük. Dronumun köməyi ilə havadan foto çəkməyə başladım, başqa cür alınmırdı. Dəhşətli dərəcədə həyəcanlı idim və bir tərəfdən də qorxurdum. Amma unikal xatirəmə görə xoşbəxt idim.

Kateqoriya: Təbiət
Yer: Kamaronal, Puntarenas, Kosta Rika

 

5. Yağışlı bir gündə Naqasaki (Hiro Kuraşina)

Hiro Kuraşina: Yağışlı bir gündə Naqasakidən olan tramvay görüntüsüdür. Tramvay köhnə olsa da müasir ödəmə sistemi ilə təchiz olunub. Əsas küçədən keçən köhnə tramvayla yol getmək, Naqasaki şəhərinə olan səyahətimiz müddətində yaddaqalan bir təcrübə oldu.

Kateqoriya: Şəhərlər
Yer: Naqasaki, Yaponiya

 

 

6. Günəşin həndəsəsi (Enriko Peskantini)

Teotiuakan “tanrıların yaradıldığı yer” mənasına gəlir. Bu piramida Günəş tanrısına həsr olunub.

Kateqoriya: Şəhərlər
Yer: Teotiuakan, Meksika

 

7. Refleksiya (Qaaneş Prasad)

Qaaneş Prasad:

Dubayın əfsanəvi sisini kameramın yaddaşına köçürmək istəyirdim. Bu hardasa bütün fotoqrafların arzusudur. Təəssüf ki, dama çıxa bilmədim və aşağı mərtəbədəki pəncərədən müşahidə etdim. Şəhərin gözəl görüntüsü məni çox həyəcanlandırırdı. Yolun şüşədə olan əksini gördükdən sonra həyəcanım daha da artdı və pəncərəni açaraq gərgin əllərlə kameranın düyməsini sıxdım.

Kateqoriya: Şəhərlər
Yer: Dubay, BƏƏ

 

 

8. İzdihamda yalnız (Harri Cummins)

Harri Cummins: Bu fotoda Honq Konqun məşhur həyat şərtlərini izləyiciyə çatdırmaq istədim. Bir gəzgin olaraq izdiham arasında yalnız idim və bu foto da məni əks etdirir.

Kateqoriya: Şəhərlər
Yer: Honq Konq, Çin

 

9. Cənnətə səyahət (Trikanş Şarma)

Trikanş Şarma: Hindistanda yerləşən Ram Cula körpüsündən keçən bir səyyah görünür. Burda olarkən birdən-birə körpüyə doğru velosipedlə gələn bir adam görmüşdüm. Xoşbəxtlikdən körpü boş idi. Bu fotoda, körpünün bitiş nöqtəsi yoxdur və insanın cənnətə doğru getdiyi yol kimi görünür.

Kateqoriya: Şəhərlər
Yer: Rişikeş, Hindistan

 

10. Çay mədəniyyəti (Alessandra Meniconzi)

Alessandra Meniconzi: Qızıl Qartalları ovlamaq üçün yaradılmış qədim Qazax üsuluna heyran oldum. Monqolustanın əhalisi az olsa da, yerli əhali çox qonaqpərvər və mehribandırlar. Onlarda çay yalnız bir içki yox, ənənə, mədəniyyət, istirahət və zövqün harmoniyasıdır.
Kateqoriya: İnsanlar
Yer: Ulgiy, Monqolustan

 

11. Leida və Laelle (Tati İtat)

Tati İtat: 2016-ci ildən etibarən yaşadığım şəhər olan Estreladakı Haiti miqrantları və qaçqınları ilə maraqlandım. Bəzi ailələrlə və ən əsası əkiz bacı olan Leida və Laelle ilə dost oldum. Onlar yaradıcılıqlarını inkişaf etdirmək üçün məşqlər edir, sanki aktrisaymışlar kimi pozlar verirdilər. Laelle Leidanın başını qaldıraraq baxmalı olduğu tərəfə istiqamətlədi. Bu qısa zaman ərzində fotonu çəkdim.

Kateqoriya: İnsanlar
Yer: Estrela, Braziliya

 

12. Çətin səyahət (Hassan Rohan)

Hassan Rohan: Bu foto bayram tətili zamanı Dəkkənin dəmir yolu stansiyasında çəkilib. İnsanlar ailələriylə birgə Ramazanı qeyd etmək üçün öz evlərinə qayıdırdılar. Bir adam diqqətimi çəkdi. Vaqonun açıq olan qapısından sallanırdı. Həmin vaxt yağış yağırdı və qatar yavaş hərəkət edirdi.

Kateqoriya: İnsanlar
Yer: Dəkkə, Banqladeş

 

13. Zamanı fəth edən qız (Deniel Çunq)

Deniel Çunq: Qırmızı donda, ətrafda qaçan kiçik bir qız gördüm. İşıqları elə düzəltmək istəyirdim ki, zaman tunelindən keçən bir qızı əks etdirə bilim.

Kateqoriya: İnsanlar
Yer: Şençjen, Çin

Cavablandır