14 yaşında dünya turuna çıxan Laura Dekker

4360

7 milyard insan arasından neçəsi həqiqətən azad ruha sahibdir, bilmirik. Ancaq bu ruhları, heç bir bəhanənin dayandıra bilməyəcəyini bilirik. İndi oxuyacağınız hekayədəki gənc qadın da bu cür ruha sahibdir.
 

Laura Dekker 22 yaşlı gənc bir qadındır.

 
Onun hekayəsi 14 yaşında olarkən, 11 metrlik yelkənli gəmisi ilə dünya turuna çıxması ilə başlayır. Hollandiyalı gəmi mühəndisi bir ata və performans sənətçisi bir ananın qızı olan Laura, valideynlərinin 7 il davam edən gəmi turunda dünyaya gəlir. Lauranın ilk 5 ili gəmidə keçir. Sonra dünya turunu tamamlayan cütlük boşanma qərarı alır. Bu ayrılıqdan sonra Lauranın atasıyla qalması, bəlkə də onun bütün həyatına təsir edən faktordur. Çünki Laura atası sayəsində dənizçiliklə bağlı çox şey öyrənir.

Lauranın həyatını istiqamətləndirən ad günündə ona hədiyyə edilən Tania Aebinin "Maiden Voyage" adlı kitabı olur.

Kitabın yazıçısı Tania Aebi 18-21 yaşları arasında dünyanı tək başına dolaşan ən gənc insandır. Yəni elə idi. Yazıçının xatirələrindən ibarət olan kitab Lauraya çox təsir edir və gənc qız elə o zaman səyahət etmək qərarını alır. Laura 11 yaşında xəyalında olduğu səyahət üçün atasının dostunun gəmisi ilə alışdırmalar etməyə başlayır. Çünki atasının dostu gəminin təmizliyini etməsi şərtilə onu Lauraya əmanət edirdi.

Laura 12 yaşında, yanına itini alıb ilk səyahətinə çıxır.

Bu səyahətdən çox qısa müddət sonra, yığdığı pulun üstünə atasından aldığı borcu da qoyaraq özünə 7 metrlik bir gəmi alır.

Laura nəhayət 2009-cu ilin yayında 14 yaşında öz arzusunu reallaşdırır.

İlk olaraq Hollandiyadan İngiltərəyə gedən Laura dənizçilərin qorxulu yuxusu olan Manş Tunelindən də özbaşına keçə bilməyi bacarır. Atasının buna icazə verməkdəki məqsədi Lauranın gözünü qorxutma və dünya turundan imtina etdirmək idi, amma işlər onun istədiyi kimi getmir.

Lauranın tək başına İngiltərəyə çatdığını görən səlahiyyətli şəxslər, atasına zəng edərək onu götürməsini istədilər, amma atası...

Atası zəng edənlərə onun Lauranın özbaşına geri dönə biləcəyini deyir. Bununla, həmin şəxslər Lauranı uşaq qoruma mərkəzinə yerləşdirirlər. Atası da məcbur gəlib Lauranı götürür, amma sonra öz əlləriylə onu gəmisinə ötürür.
 

Bu səyahət üçün dövlət, Laura qədər həyacanlı deyildi. Bir ilə yaxın davam edən məhkəmə də belə başlamış olur.

Ailəsi icazə vermişdi, amma dövlət 14 yaşında bir qızın bu cür təhlükəli bir səyahətə çıxmasına izn vermirdi. Məhkəmənin onu dayandıracağından qorxan Laura məktub buraxaraq evdən qaçır. Amma sonra saxlanılır və polis nəzarətinə alınır.

Nəticədə məhkəmə Lauranın səyahətinə razılıq verir və gənc qız 20 yanvar 2011-ci ildə dünya turuna başlayır.

21 yanvar 2012-ci ildə turunu tamamlayan Laura ,səyahəti boyunca çoxlu kitab oxudu. Nə qədər möhtəşəm mənzərələrə rast gəldiyini təxmin etmək çətin deyil.

O, "dünya turu edən ən gənc dənizçi" oldu, amma yaşına görə adını Ginnesin Rekordlar kitabına yazdıra bilmədi.

Dünya mediası Laura barədə ağız dolusu danışırdı, amma Hollandiya onun adını xəbərlərdə belə çəkmədi.

Gənc yaşına bir dünya sığışdıran Laura 2015-ci ildə birlikdə çox yer gəzdiyi Daniel Tielman ilə evlənir.

Laura, hazırda 22 yaşındadır və həyat yoldaşı ilə birlikdə Yeni Zellandiyada, yol yoldaşı olan gəmisi "Guppy"də yaşayır.

2013-cü ilin martında, Lauranın səyahət zamanı çəkdiyi şəkillərin də olduğu "Maidentrip" adlı sənədli film çəkildi. Jillian Schlesinger rejissoru olduğu 82 dəqiqəlik sənədli filmin treyleri.

https://www.youtube.com/watch?v=8PCbn1T2Tfw