11 yaşlı istedad Kərim

600

11 yaşı olan nigeriyalı Kərim Uaris Olamilekan (Uaspa olaraq da tanınır) qısa müddət ərzində çəkdiyi realist rəsmlərlə məşhurlaşır. Gənc istedad hazırda İncəsənət Akademiyasında təhsil alır və ən böyük arzusu bir gün muzeydə rəsmlərinin sərgisini keçirməkdir. 6 yaşından bəri rəsmə marağı olan Olamilekan hiperrealistik üslubdan istifadə etsə də əsl məşğuliyyəti portretlərdir. BBC-ə verdiyi müsahibəsində "Dostlarımı, cizgi film obrazlarını və qəzetlərdən tapdığım rəsmləri çəkirəm", deyib.

Kərimin çəkdiyi rəsmlər 11 yaşındakı uşaq üçün çox qarışıq detallarla dolu olmasıyla bizi təəccübləndirir. İlham mənbəyi olaraq ailəsini göstərən Kərimin idealları nigeriyalı sənətkar Arinz Stenli və İtaliyanın intibah dövrü rəssamı Mikelancelodur. 

Cavablandır